Marneuli bələdiyyəsinin 92%-dən çoxuna içməli su verilir – meriya
Marneuli yerli özünüidarəsinin məlumatına görə, bələdiyyənin 92%-dən çoxuna içməli su veriləcək. “Marneuli” radiosu rəsmi məktubla Marneuli meriyasından içməli suyun verilməsi ilə bağlı statistikanı tələb edib.

Marneuli meriyası tərəfindən verilmiş rəsmi məlumata görə, bələdiyyənin 4 kəndində içməli su şəbəkəsinin bərpası istiqamətində işlər aparılır/planlaşdırılır.

“Sizin Marneuli bələdiyyəsi ərazisinə içməli suyun verilməsi ilə bağlı məlumatla bağlı meriyaya təqdim etdiyiniz məktuba cavab olaraq bildiririk ki, Marneuli bələdiyyəsinin 92%-dən çoxuna içməli su veriləcək. Eləcə də su şəbəkəsinin bərpası istiqamətində işlər də aparılır/planlaşdırılır. Su şəbəkəsinin bərpası işləri Sabirkənd, Tserakvi, Çanaxçı, Baytallı və Lejbəddində aparılır”, – Meriyanın verdiyi məlumatda qeyd olunur.

Marneuli meriyasının məlumatına görə, Marneulidə əhalinin əksəriyyətinə içməli suyu “Birləşmiş Su Təchizatı Şirkəti” və “Marneuli Kənd Suları” verir.

Print Email
FaceBook Twitter Google