Şəxsi görüntülərlə qadının şantaj edilməsi ittihamı ilə DTX-nın Marneulili əməkdaşı saxlanılıb (VİDEO)
12:53 / 24.07.2023
“TV Pirveli”-nin məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik
Xidmətinin Kvemo Kartli Şöbəsinin əməkdaşı
İlham Axiyev şəxsi həyatı təsvir edən görüntülərə şantaj etmək
və qadından pul qəsb etmək ittihamı ilə saxlanılıb.
İlham Axiyevın saxlanılması barədə məlumatı “TV Pirveli”-yə onun
atası da təsdiq edib. O, bildirib ki, Axiyev 20 il ərzində
DTX-da işləyib. Telekanalın hazırladığı süjetə görə, qəsb etməkdə
və şəxsi həyatı təsvir edən görüntülərin yayımlanmasında iki nəfər
müttəhim var. İlham Axiyev və daşınmaz əmlak agenti birlikdə
hərəkət edirlərmiş. Onlar qadını şantaj edərək “Marneuli Plazada”
yerləşən mənzilini əlindən alıblar.
“Tbilisidə, Poniçalada yerləşən mehmanxanalardan
birində iki otaq tutublar. Müttəhim zərərçəkəni qarşılayıb, taksi
ilə qeyd olunan mehmanxana otağına aparıb. Otağa daxil olan kimi
onu sığallamağa və paltarlarını çıxarmağa başlayıb. Bu prosesdə
ikinci müttəhim öz mobil telefonu ilə şəxsi həyatı təsvir edən
video material çəkib. Mehmanxana otağının qapısını bağlayıblar və
zərərçəkən şəxsi mənzili onların adına keçirməyə məcbur
ediblər”, – işə baxan prokuror bildirib.
Prokuror məsələnin təfərrüatları haqqında danışan zaman bildirib
ki, cinayət hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə 188 000 lari
dəyərində ziyan dəyib.
Marneulili İlham Axiyev 20 il ərzində Dövlət Təhlükəsizlik
Xidmətində işləyib. Saxlanılan şəxsin ailə üzvləri hesab edirlər
ki, Axiyev günahsızdır. Axiyevin atası bildirib ki, onun oğlu
sistemin qaranlıq işləri haqqında çox şey bilirdi və onu məhz buna
görə saxlayıblar.