Marneuli meriyası və Bələdiyyə Məclisinə 6 soyuducu alınıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya və Bələdiyyə Məclisi üçün 6 soyuducu alıb. Meriya soyuducları almaq üçün fərdi sahiblar Kənan Əliyevlə sadələşdirilmiş müqavilə bağlayıb.

Sadələşdirilmiş müqavilə ilə yanaşı 6 izahatnamə də var və onlara əsasən soyuducuları meriya, Bələdiyyə Məclisinin xidmətləri üçün alacaqlar.

“Mənim tabeçiliyimdə olan xidmətin öz ikinci dərəcəli struktur bölmələri ilə - şöbələrin ona həvalə edilmiş səlahiyyətləri/səlahiyyətli funksiyaları-vəzifələri yerinə yetirməli olan inzibati iş rejiminin nə qədər çox yüklü olduğunu bilirsiniz. Bu qeyri-bərabər fəaliyyət və funksiya-vəzifələrin həyata keçirilməsində və gündəlik həddindən artıq yüklənmiş iş qrafikinin texniki təmin edilməsində - xüsusilə isti mövsümi hava şəraitini nəzərə alsaq, praktiki olaraq dözülməzdir. Əgər xidmət müvafiq şərtlətlə təmin olunmazsa bu mümükn deyil. Bunun üçün bizim xidmətə 1 ədəd ikikameralı soyuducunun alınması mühümdür”
- meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidzenin izahatnaməsində qeyd olunur.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidməti ilə yanaşı İş və Vətəndaşlara Xidmət Şöbəsi, İnzibati Xidmət, Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidməti üçün də soyuduclar alınıb.

Eləcə də Marneuli Bələdiyyə Məclisi Aparatının iş otağı və Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki, Kompüter Təminatı Şöbəsinə də soyuduclar alınıb.

Marneuli meriyası fərdi sahibkar Kənan Əliyevə soyuducular üçün 5275 lari ödəyib.

Print Email
FaceBook Twitter Google