“Bilmirəm” – Gürcüstanın NATO və Avropa
İttifaqına üzv olması üçün Gürcüstan hökumətinin bəyan etdiyi
məqsəd sizin üçün məqbuldur,
ya yox sualına etnik azlıq nümayəndələrinin əsasən cavabı
budur.
NDI-ın 2022-ci ildə həyata keçirdiyi sorğuya əsasən, Gürcüstan
əhalisinin NATO və Avropa İttifaqına dəstəyi yüksəkdir. Əhalinin
73% Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyir, 14% üçün
Gürcüstanın NATO-ya üzv olması qəbuledilməzdir, 11% isə bilmir.
Etnik azlıqların məskunlaşdığı regionlarda statistik göstəricilər
milli göstəricilərdən fərqlənir. Etnik azlıqların məskunlaşdığı
regionlarda əhalinin 47% Gürcüstanın NATO-ya üzv olmaqla bağlı
məqsədini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı fikri yoxdur. 32%
NATO-ya üzv olmağın tərəfdarıdır, 21% isə dəstəkləmir.
Qeyd edək ki, araşdırmalara əsasən, etnik azlıqların iştirak etdiyi
sorğularda Avropa İttifaqı ilə bağlı fikirlərin qismən dəyişdiyi
görünür. Şimalı Atlantika, yəni NATO haqqında eynisini deyə
bilmərik.
Əhalinin “NATO”-nun nə olduğu, bu hərbi-siyasi birliyin Gürcüstana
hansı faydaları verə biləcəyi haqqında məlumatı yoxdur. Bizim sorğu
apardığımız Marneuli sakinlərinin əksəriyyəti bildirir ki, NATO
haqqında məsələlər onlara maraqlı deyil.
“NATO-nun nə olduğunu bilmirəm, dövlətin və siyasətin
işidir. Siyasətdir, biz bu işə qarışmırıq”, –
Marneulili kişi bildirir. “Nə bilim, NATO-dan çox Rusiya və Avropanı
dəstəkləyirəm”, – Marneulili kişi bildirir.
Vətəndaşlar bizimlə söhbətləri zamanı dünyada ən güclü hərbi-siyasi
birliyə üzv olan ölkələri xatırlamaqda da çətinlik çəkirlər.
Marneulili kişilərdən birinin bizimlə baş tutan dialoqu:
- Biz NATO-dan hansı faydanı əldə edə
bilərik?
- Bu siyasətdir, bizə nə?
- Hansı qonşu ölkə NATO-nun üzvüdür?
- Hansı ölkə? Türkiyə! Türkiyənin NATO-ya üzv olması
azərbaycanlılar üçün yaxşıdır. Türkiyə hamıya kömək
edir”.
Bizim apardığımız sorğuda daha bir Marneulili kişi deyir ki, NATO
özü münaqişələr yaratmağa çalışır.
“Bu NATO insanların həyatını qarışdırır. Hamını
bir-biri ilə dalaşdırır. Bu müharibə nəyə lazımdır? Bir-birini
əsəbiləşdirmək nəyə lazım?
- NATO-nun üzvlərinin kim olduğunu bilirsinizmi?
- Bildiyimə görə, Gürcüstan üzv deyil, Ermənistanı qəbul etmədilər,
Azərbaycan da daxil olmayıb. Daha kim qaldı? Rusiya heç vaxt
NATO-nun üzvü olmayacaq.
- Türkiyə NATO-nun üzvüdür, sizin fikrinizcə, bu bizim üçün
təhlükədir?
- Türkiyədən bizi heç bir təhlükə gözləmir – heç
vaxt”.
Sorğuda iştirak edənlərin əksəriyyəti NATO haqqında danışan zaman
müxtəlif yanlış məlumatlar yayırlar və görünür ki, bəzi hallarda
təbliğat maşınları onların fikirlərinə təsir göstərib.
“NATO xalqı bir-biri ilə dalaşdırır”, –
bu Marneulili kişinin bizimlə söhbəti zamanı dediyi yanlış
məlumatlardan biridir. “Gürcüstan NATO-ya daxil olmaqla işğal edilmiş
ərazilərini itirəcək”.
“Ölkə NATO-nun üzvü olarsa, Gürcüstanda müharibə başlayacaq”.
“NATO Gürcüstanda münaqişə qapıları yaradır”, –
Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton bu və başqa
yanlış məlumatlar haqqında “Marneuli” radiosuna danışıb.
NATO Hərbi-Siyasi Alyansı 1949-cu ildə yaradılıb. Alyansı ilk əvvəl
12 ölkə yaradıb, indiki mərhələdə isə NATO-ya 31 üzv ölkə var. Üzv
dövlətlər 2008-ci ildə Gürcüstanın nə vaxtsa NATO-nun üzvü olacağı
ilə razılaşıblar. Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyən
dövlətlərdən biri Birləşmiş Krallıqdır.
Böyük Britaniyanın Gürcüstandakı səfiri NATO-nun vasitəçi
səfiridir. NATO-nun Gürcüstandakı Əlaqələr ofisi və vasitəçi
səfirləri Gürcüstanın NATO standartlarına çatmasına, hərbi-siyasi
təşkilatlara üzv olmasına kömək edirlər.
Etnik azlıq nümayəndələrinin suala “bilmirəm” cavabı verməsinin
səbəblərindən biri də məlumatsızlıqdır. NATO nədir, bu birliyə üzv
olmaq bizə hansı faydaları verə bilər kimi məsələlərlə bağlı
azərbaycan və erməni dillərində kifayət qədər məlumat yayımlanmır.
Məlumatın olmaması isə yerli əhalinin müxtəlif yanlış məlumatlara
qarşı daha da həssas olmasına səbəb olur.
NDI-ın 2022-ci ildə apardığı araşdırmaya görə, azlıqların icmasında
internet çox az əlçatandır. Bu gün məlumatın yayımlanmasında ən
zəngin resurs internetdir. İnternet 63% üçün həftədə bir dəfə, 21%
üçün isə heç vaxt əlçatan deyil. Eləcə də bu araşdırmaya əsasən,
azlıqların icmasında orta yaşdan yuxarı əhali daha çox rus dilini
bilir, ingilis dilini az bilirlər. Qonşu ölkənin televiziyalarına
baxırlar və onlar üçün rusdilli resurslar daha əlçatandır.
NATO demokratiya və insan hüquqlarının səviyyəsi aşağı olan
ölkələrlə heç vaxt əməkdaşlıq etməyəcək. Ona görə də NATO yalnız
silah deyil. Şimali Atlantika Alyansı Gürcüstanla islahatlar üçün
əməkdaşlıq edir. Həmin islahatlar ölkəni daha da demokratik
edəcək.