Maliyyə Nazirliyi və Prokurorluq Marneulidə valyutadəyişmə məntəqələrində yoxlama aparıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Marneuli miqyasında bir sıra valyutadəyişmə məntəqələrində yoxlama aparıb. Maliyyə Nazirliyinin İstintaq Xİdməti bu gün, 14 noyabr tarixində səhər saatlarından Marneulidə yerləşən bir neçə valyutadəyişmə məntəqəsində və onların sahiblərinin evində yoxlama həyata keçirib.

“Marneuli” radiosunun məlumatına görə, valyutadəyişmə məntəqələrindən pul və video kamera qeydləri götürülüb. İndiki mərəhələdə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yoxladığı obyektlər bağlıdır.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən “Marneuli” radiosuna bildirirlər ki, istintaq Prokurorluqla birlikdə aparılıb.

Gürcüstan Prokurorluğundan “Marneuli” radiosuna bildirdilər ki, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə istintaq aparılır. Həmin maddə çirkli pulların yuyulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google