Marneuli bələdiyyəsinin Tsereteli və Saimerlo kəndlərində yol
infrastrukturu 2024-cü ildə qaydaya salınacaq.
Bu barədə 22 noyabr tarixində, Marneulinin 2024-cü il büdcə
layihəsinin müzakirəsi zamanı məlum olub.
Büdcənin ilkin layihəsinin təqdimatı zamanı meriyanın Maliyyə-Büdcə
Xidmətinin rəhbəri Koba Çxitunidze qeyd edib ki, Saimerlo və
Tseretelidə yollar 2 200 000 lariyə bərpa olunacaq.
- Tseretelinin daxili yollarının bərpa işləri – 1 100 000
lari
- Saimerlonun daxili yollarının bərpa işləri – 1 100 000
lari
Bələdiyyə kanalizasiya sisteminin tikintisinə başladıqdan sonra
Saimerlo və Tseretelidə yollar xarab oldu.
Marneuli meriyası 2024-cü il ərzində daha 19 kənddə yolların
çəkilməsini planlaşdırır.
Layihənin ümumi dəyəri 10 812 300 laridir.
Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə
əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə
Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında
məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini
CLOAKING
elektron poçtuna göndərə, yaxud
yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri,
Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.