Marneulinin Eşitmə Qüsurlu şəxslər
üzrə İttifaqı Demokrat Qadınlar Cəmiyyəti ilə birgə layihə üzərində
çalışır.
Layihə yaxın gələcəkdə Marneuli bələdiyyəsinə təqdim olunacaq.
Layihənin vacib komponentlərindən biri görmə qüsurlu olan şəxslər
üçün bələdçi axtarılmasıdır. Marneuli Demokrat Qadınlar
Cəmiyyətinin nümayəndəsi Olqa Endeladzenin sözlərinə görə, seçilən
namizəd Görmə Qüsurlu Şəxslər İttifaqında hazırlıq keçəcək.
“Bu vakansiya bələdiyyədə layihə hazırlamamız və
meriyanın onu maliyyələşdirməsi üçündür. Layihə bələdiyyə proqramı
üçün hazırlanır. Ona görə də konkret adam axtarmalıyıq ki, layihəni
özünüidarəetməyə təqdim edək”, - Olqa Endeladze
deyir.
Əsas funksiya-öhdəliklər:
- Görmə qüsurlu şəxslərə
dövlət müəssisələrində bələdçilik etmək
- Məlumat bazası ilə əlaqə
qurmaq və göstərilən xidmətlərin hesabat formasını
doldurmaq
- Vacib
tələblər:
- Fiziki imkanları
məhdudiyyətli şəxslərlə çalışmaq/ münasibət qurmaq
təcrübəsi
- Ofis proqramları ilə bağlı
elementar bilik (Excel, Word) və elektron ünsiyyət
bacarıqları
- Gürcü dilini tam bilmək və
ikinci dili (Azərbaycan dili olsa yaxşıdır) ünsiyyət səviyyəsində
bilmək mütləqdir; rus, erməni dillərini bilmək müsbət
qiymətləndirilir.
Fərdi xüsusiyyətlər:
- Təşkilatlılıq və
məsuliyyətlilik
- Problemlərin təhlili və
sürtəli qərar vermək bacarığı
- İş və vaxtı düzgün bölmək
bacarığı
- Gizliliyi saxlamaq
bacarığı.
- Stress şəraitində çalışmaq
bacarığı.
- Yüksək cavabdehlik
hissi
- Punktuallıq.
Maraqlanan şəxslər öz CV-ni qeyd olunan poçt ünvanına göndərə
bilərlər:
CLOAKING
.
Namizədlərlə söhbət 27 fevral tarixində Marneuli Demokrat Qadınlar
Cəmiyyətinin ofisində aparılacaq. Ünvan: Marneuli, Qiorqadze k.#
1