Marneulili mülki fəallar əhaliyə kənd küçələrinə verilə biləcək adların siyahısını təklif edirlər (VİDEO)
15:50 / 16.02.2022
Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin
təşəbbüsü ilə regionda küçələrə adların verilməsi prosesinə
başlanılıb. Bu bölgələrdən biri də Marneulidir.
Artıq yerli özünüidarənin işçi qrupu ilk görüşünü də keçirib. İlk
görüş isə Dioqnisi kəndində baş tutub. Marneuli bələdiyyə
miqyasında artıq Marneuli şəhəri, Saimerlo, Tsereteli, Qızılhacılı
və İmir kəndlərində küçələrə ad verilib.
İndiki mərhələdə Algeti, Sabirkənd, Hallavar, Dioqnisi, Tamarisi,
Keşəli, Ağməmmədli, Qasımlı, Qaçağan, Sadaxlı, Şaumyan, Şulaver və
Norqiuli kəndlərində proses aparılır. Küçələrə ad verilməsi
prosesinə yerli sakinlərin də qoşulacağı bildirilib.
Mülki fəal Samirə Bayramova kəndlərdə küçələrin adının verilməsi
ilə bağlı “Facebook”-da yerli əhaliyə müraciət edib.
Samirə Bayramova müraciətində Gürcüstanda doğulan tanınmış
şəxslərin, ictimai, siyasi, hərbi və mədəniyyət xadimlərinin kiçik
siyahısını təqdim edib və kəndlərdə küçələrə adların verilməsi
zamanı bu şəxsiyyətlərin və ya öz yaşadıqları yerlərdə olan dəyərli
insanların adından istifadə edilməsini xahiş edib.
Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hələki
icmalar bu prosesin başladılmasına hazır deyillər.
Artıq küçələrə adların verilməsi ilə bağlı könüllülər qrupu da
yaradılıb. Mülki fəalın sözlərinə görə, o, küçələrə adın verilməsi
ilə bağlı təşəbbüsündən sonra onun ideyasına bir sıra təşkilat və
insanlar da qoşulublar. Qərara gəliblər ki, könüllərdən ibarət olan
şəxslər öz bölgələrində tanınmış şəxslərin adlarının qeydlərini
aparsınlar. Bayramovanın bildirdiyinə görə, artıq onlar belə bir
görüşü də keçiriblər.
“Marneuli” radiosu olaraq siyahıda olan bir neçə kənddə olduq və
əhalinin fikirini öyrənməyə çalışdıq. Yerli sakinlər bildirdilər
ki, ilk öncə onların kəndindən olan tanınmış şəxsyyətlərin adı
verilməlidir. Daha sonra isə əhalinin müzakirəsi çərçivəsində digər
adların verilməsi mümkün ola bilər.
11 fevral tarixində Marneuli meriyasının İnzibati Xidmətinin
rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirmişdi ki, onlar
artıq ilk görüşü keçiriblər.
“Praktiki olaraq, Ad Vermə Komissiyası fəaliyyətinə Dioqnisi
kəndindən başladı. Bu Kvemo Kartlidə dövlət müvəkkilinin
təşəbbüsüdür. İndiki mərhələdə planda 13 kənd var. Kəndlərə səfər
ediləcək, əhali ilə sorğu aparılacaq və onların təşəbbüsü əsasında
küçələrə ad veriləcək. Bələdiyyə miqyasında dörd kənddə küçələrə ad
verilib. Qalanları isə müzakirə olunmalıdır və qanunvericiliyə
uyğun olaraq hər küçəyə ad veriləcək və tamamilə nömrələnəcək”, –
Nino Dekanoidze bildirmişdi.
Qeyd edək ki, məsələ ilə bağlı yerli özünüidarə tərəfindən
yaradılan işçi qrupu kənd əhalisi ilə küçə adlarını müzakirə edəcək
və hökumət komissiyasına göndəriləcək.
Mülki fəal Samirə Bayramovanın kəndlərdə küçələrin adının verilməsi
ilə bağlı hazırladığı siyahını sizə təqdim edirik:
Xudu Borçalı – General, gürcü ordusunda süvari dviziya
rəhbəri;
Kutlu Arslan — 12 əsrin sonu 13 əsrin əvvələrində hərbi
sərkərdə, dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk parlamentin
banisi;
Pəri xanım Sofiyeva – İlk müsəlman deputat
qadın;
Valeh Hacılar — Gürcüstan EA-nın akademiki,
professor;
Aşıq Kamandar – incəsənət xadimi;
Hüseyn Saraclı – incəsənət xadimi;
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov) -
Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı,
musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin
banisi;
Həsən bəy Ağalarov – general, leytenat;
Ənvər Hüməbətov – Abxaziya müharibəsi, milli
qəhraman;
Nigar Şixlinskaya - ilk azərbaycanlı şəfqət bacısı, ilk
ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində
yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General
Əliağa Şıxlinskinin həyat yoldaşı;
Qeysər Kaşıyeva – İlk azərbaycanlı rəssam
qadın;
Şövkət Məmmədova - ilk peşəkar qadın müğənnisi (lirik
koloratur soprano), opera artisti, teatr xadimi;
Əlimərdan bəy Topçubaşov – Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin sədri;
Xədicə Osman bəy qızı Qayıbova - incəsənət xadimi və
Azərbaycanın ilk qadın pianoçularından biri;
Abdulla Şaiq - azərbaycanlı şair, yazıçı, dramaturq,
publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi;
Nəriman Nərimanov - maarifpərvər, yazıçı-dramaturq və
həkim;
Hüseyn Məmmədov - Siyasətçi, "Hümmət" partiyasının
həmtəsisçisi;
Əhməd bəy Pepinov - Azərbaycan Demokratik Respublikası
Parlamentinin katibi, Nazirlər Kabinetinin üzvü,
nazir;
Şeyx Məhəmmədəli Hüseynoğlu — Zaqafqaziya Müsəlmanları
Ali Ruhani İdarəsinin Sədri (1930-1935), görkəmli din xadimi və
ilahiyyatçı;
Emin ağa Acalov — Cənub-Qərbi Qafqaz Türk Respublikası
Milli Məclisinin Sədri (1919);
Ömər Faiq Nemanzadə — Cənub-Qərbi Qafqaz Türk
Respublikasının Baş naziri (1918), yazıçı, publisist;
Həsən Seyidov — Azərbaycan SSR Nazirlər Sovetinin Sədri
(1981–1988), Azərbaycan SSR görkəmli dövlət xadimi;
Firudin bəy Vəzirov - General-mayor;
Həsən Həsənov - Azərbaycan Respublikasının ilk Baş
naziri (1991-1992), Azərbaycan dövlət xadimi;
Mehralı bəy Darvazlı — General-mayor, Osmanlı
imperiyası hərbi xadimi;
İsrafil bəy Yadigarov —
General-leytenant;
Həsən bəy Yadigarov — General-mayor;
Əsədulla bəy Yadigarov — General-mayor;
Davud bəy Yadigarov — General-mayor;
Vəli bəy Yadigarov – Polkovnik;
Əbdülhəmid bəy Qaytabaşı - Hərbi xadim, Azərbaycan Xalq
Cümhuriyyəti ordusunun general-mayoru;
Axund Yusif Talıbzadə — General-mayor, Azərbaycan SSR
hərbi xadimi;
Rəşid Behbudov — məşhur Azərbaycan
müğənnisi;
Rəşid Yusifov — Dünya şöhrətli pəhləvan;
Möhsün Sənani — tanınmış Azərbaycan aktyoru, teatr
xadimi;
İbrahim İsfahanlı — Azərbaycan aktyoru, teatr
xadimi;
Hübeyş Tiflisi – alim;
Kamal Talıbzadə — Akademik, elm, mədəniyyət, ədəbiyyət
və maarif xadimi;
Abbas Hacıyev — filoloq alim, ədəbiyyatşünas, tənqidçi,
Tiflis ədəbi mühitinin və Tiflis Azərbaycan teatrının
tədqiqatçısı
Mədəd Çobanov - Nyu-York Elmlər Akademiyasının
akademiki, filologiya elmləri doktoru, professor;
Ayvaz Həsənov – Gürcüstan SSR Kənd Təssərüfatı
Nazirinin Müavini;
Hacı Murad Xəlilov – Kvemo Kartli Qubernatorunun
birinci müavini;
Zahid Xəlilov - Azərbaycan SSR-nın dövlət xadimi,
görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə
Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti;
Yusif Ziya Talıbzadə - Pedaqoq, siyasətçi, hərbçi
(general-mayor);
Zəlimxan Yaqub – Şair
Niyazi( Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov))
- Azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq
Artisti;
Gövhər Qazıyeva - İlk azərbaycanl qadın
aktrisa;
Nodar Şaşıqoğlu - Dramatik teatr və kino
aktyoru;
Əli Qurbanov - Aktyor, Azərbaycan SSR-nin xalq
artisti;
Əzizə Məmmədova - Aktrisa, Azərbaycan SSR-nin əməkdar
artisti;
Əsgər İsmayılov - Kinooperator, Azərbaycan SSR-in
əməkdar incəsənət xadimi;
Aydın Hüseynov - Azərbaycan şahmatçısı, beynəlxalq
qrossmeyster;
Dilarə Əliyeva - Ədəbiyyatşünas, tərcüməçi, 1960-cı
ildən;
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın
əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il
Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı;
Xədicə Əlibəyova - Azərbaycan maarifpərvəri, publisist,
naşir, Azərbaycanda ilk qadın redaktor;
Rəhilə xanım Hacıbababəyova - Azərbaycanın maarifpərvər
qadınlarından biri — Bakıda müsəlman qızlar üçün olan ilk
ali-ibtidai məktəbin müdiri;
Şəfiqə Əfəndizadə - Maarif xadimi, yazıçı, publisist.
AXC parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın
jurnalisti hesab edilir;
Yusif Yusibov - İctimai xadim, əməkdar pedaqoq, ədəbi
tədqiqatçı;
Camal Mustafayev Professor;
İsa İsmayılzadə şair, tərcüməçi,
publisist.
Nəbi Faxralı - Şair;
Novruz Təhləli - şair;
Əflatun Saraçlı Şair - tərcüməçi,
professor;
Zülfüqar Rzayev həkim-travmatoloq;
Süleyman Əfəndi Süleymanlı Gürcüstan qəzetinin Baş
redaktoru;
Osman Əhmədoğlu Dərviş Şair;
Aşıq Xındı Məmməd;
Aşıq Əmrah Gülməmmədov;
Abdulla Abbas Hacaloğlu şair, ədəbiyyatşünas,
tərcüməçi;