Tbilisi Şəhər Məhkəməsində “İslam Dövləti” terror təşkilatına
dəstək verməkdə ittiham olunaraq saxlanılan 7 nəfər barəsində həbs
qətimkan tədbiri seçilib.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen
Kalatozişvili verib.
Bu gün keçirilən prosesdə saxlanılanların barəsində həbs-qətimkan
tədbiri seçilib.
Dövlət ittihamnaməsində bütün şəxslərə qarşı ən ağır həbs
tədbirinin tətbiqi tələb olunurdu. Vəkillərə gəlincə, onlar
təqsirləndirilən şəxslərin barəsində
həbs qətimkan tədbiri
seçilmədən buraxılmasını tələb edib və məhkəməyə alternativ olaraq
5000-10000 lari girov təklif ediblər.
Məlumat üçün bildirək ki, aprelin 17-də Gürcüstanın Baş
Prokurorluğu saxlanılan şəxslərə qarşı xarici terror təşkilatına
qoşulmaqda və terror fəaliyyətinə yardım etməkdə, qanunsuz olaraq
odlu silah, döyüş sursatı və partlayıcı qurğular əldə etmək və
saxlamaqda ittiham edib.