Marneulili veteran cüdoçular – Sandro İakobaşvili və Zaza Davadze
Yunanıstanda keçirilən Avropa çempionatında qalib olublar. Marneuli
İdman Məktəbindən bildirdilər ki, yarışda Gürcüstandan 20 idmançı
iştirak edib.
“Çempionat 2-5 iyun tarixlərində Heraklion adasında keçirildi.
Bizim veteran cüdoçular sonuncu gün komanda yarışında birincilik
qazanıblar. Onlar dörd qızıl, bir gümüş və bir bürünc medal əldə
ediblər”, – İdman Məktəbindən
bildirdilər.
Yunanıstanda keçirilmiş Avropa çempionatına getmiş Gürcüstan
yığmasının heyətinə Marneuli bələdiyyəsinin İdman Məktəbinin
direktoru, Gürcüstan Milli Cüdo Federasiyasının İcra Komissiyasının
üzvü Mamuka Naveriani rəhbərlik edirdi.