Marneulinin Dəmyə Görarxı kəndində 18 saylı dairə seçki
komissiyasının yekun protokolu itib.
Komissiya sədri protokolun oğurlandığını bildirdi.
“Marneuli” radiosunun məlumatına görə, hadisə yerinə polis
əməkdaşları çağırılıb.
“Marneuli” radiosu ilə söhbəti zamanı 18 saylı seçki məntəqəsinin
katibəsi Elza Lursmanaşvili bildirdi ki, jurnal və protokolları
məntəqənin sədrinə təhvil verib. Sədr jurnal və protokolları
polislə birlikdə Marneuli dairə
seçki məntəqəsinə aparıb.
“Nə vaxtki Marneuliyə çatdılar. Oradan mənə zəng vurdu
ki, protokol səndəmi qalıb. Mən ona protokolun məndə olmadığını və
dəqiq ona verdiyimi bildirdim. Sonra yenə də dəqiqləşdirdim. Amma
nə baş verdiyini başa düşmədim” – Katibənin verdiyi
məlumata görə, məntəqənin sədri Eldar İsayev protokolu axtarmaq
üçün məntəqəyə qayıdıb. Lakin protokolu tapa bilməyib.
Hazırda Marneuli Dairə Seçki Komissiyasında səslər sayılır. Əldə
etdiyimiz məlumata görə, seçki məntəqələrindəki bülletenlərin
əksəriyyəti dairə komissiyasına gətirilib.