"Xeyr və heç vaxt" - Prezident Zurabişvili Saakaşvilini əfv olunması ilə bağlı mövqeyini bildirib

Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş prezident Mixeil Saakaşvilini

əfv etməyəcəyini bir daha bəyan edib. Eyni zamanda, o deyib ki, Saakaşvili xüsusi məhbus sayılmalı və hökumət onun sağlamlığı üçün bütün tədbirləri görməlidir.

Ölkənin maraqlarının harada və nədə olduğunu çox yaxşı bilirəm. Bu məsələ yenidən gündəmə gəldiyi üçün deməliyəm ki, keçmiş prezidentin əfv olunması ilə bağlı mövqeyim qətidir
və dəyişməzdir – xeyr və heç vaxt. Sabiq prezident nə siyasi məhbus, nə də günahsız qurban meyarlarının heç birinə cavab vermir. O, ölkəyə könüllü və qeyri-qanuni yollarla daxil olmuş, ölkəyə girişi sabitliyi pozmaq məqsədi daşıyan məhkumdur.
Buna baxmayaraq, yüksək ictimai və siyasi marağı nəzərə alaraq, o, xüsusi məhbus hesab edilməlidir və bu, cəzaçəkmə müəssisəsinin rəhbərliyindən və hökumətdən xüsusi diqqət tələb edir. Səhhətinin pisləşməsi səbəbilə siyasi spekulyasiya və ya sabitliyin pozulması üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün tədbirlər görülür. Buna görə də hər hansı ağırlaşma əlaməti olan kimi vaxtında müdaxilə yolu ilə maksimum şəffaflıq və reaksiya tələb olunur. Vəssalam, mən bu məsələyə bir daha qayıtmayacağam”,
- deyə Salome Zurabişvili bildirib.


Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 1-də bildirmişdi ki, o, Gürcüstan ərazisində saxlanılan üçüncü prezident Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcək.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google