Ukraynadakı səfirimiz yaxın gələcəkdə Tbilisiyə qayıdacaq – İliya Darçiaşvili
Gürcüstanın Ukraynadakı səfiri yaxın gələcəkdə ölkəsinə qayıdacaq.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili deyib.

Nazir qeyd edib ki, rəsmi Tbilisi ənənəvi mövqeyini saxlayaraq Ukraynanın davranışlarına təmkinlə yanaşacaq və bu məsələnin müzakirəsini gələcəkdə aparılacaq ikitərəfli müzakirələrə saxlayacaq.

XİN başçısı ölkəsinin Ukraynanı əvvəlki kimi dəstəkləməyə davam edəcəyini qeyd edib. Nazir əlavə edib ki, Gürcüstan Ukraynaya
aktiv şəkildə humanitar, siyasi, diplomatik yardım edib və bu, Tbilisinin öz tərəfdaşına qarşı məsuliyyətidir.

“Heç bir məsuliyyətsiz davranış və ya qərar bizi bu xəttən yayındıra bilməz”, - Darçiaşvili deyib.

XİN başçısı Ukraynanın Mixeil Saakaşvili ilə əlaqədar qəbul etdiyi qərarının əsassız olduğunu vurğulayıb.

“Ukraynadan eşitdiyimiz bu qərar anlaşılmaz və əsassızdır. Dostlar bu cür münasibətə layiq deyillər. Biz ənənəvi olaraq bu vaxtadək bəzi ukraynalı siyasətçilərdən Gürcüstana qarşı bir çox anlaşılmaz, ədalətsiz münasibət görmüşük. Həmişəki kimi biz təmkinli qalırıq. Bu məsələlərin gələcəkdə ikitərəfli formatlarda müzakirəsi üçün vaxtımız olacaq, lakin indi, daha əvvəl ifadə etdiyimiz mövqeyi seçirik. Biz buna reaksiya verməyəcəyik”, - Darçiaşvili deyib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google