Yens Stoltenberq martın 18-də Gürcüstana səfər edəcək
NATO-nun baş katibi Yens Stoltenberq martın 17-19-da Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə məlumat NATO-nun saytında dərc olunub.

Yens Stoltenberq Azərbaycandan Tbilisiyə martın 18-də gələcək. Onun prezident Salome Zurabişvili və baş
nazir İrakli Kobaxidze ilə görüşü nəzərdə tutulub. Yens Stoltenberq İrakli Kobaxidze ilə birgə mətbuat konfransı keçirəcək.

NATO-nun baş katibi martın 19-da Gürcüstandan Yerevana gedəcək.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google