Abazov və İvanişviliyə söydüyünə görə "VMH"-ın üzvünə öz sidiyi ilə sifətini yuduzdurublar
17:56 / 12.06.2018
Marneuli meri Temur Abazovun dediyinə görə, ailə üzvlərinin
təhqir olunduğu görüntülərdən xəbəri yoxdur.
Videomaterial sosial şəbəkədə paylaşıldıqdan sonra minlərlə baxış
və paylaşım olub. Buna baxmayaraq Temur Abazov bildirir ki, şahid
qismində polis idarəsinə çağırılan Marneuli sakininin onun ailə
üzvlərini təhqir etdiyi haqda indi eşidir. Abazov bildirdi ki, əgər
məsələ Marneuli polisinə məlumdursa, onun məlumat alması çətin
olmayacaq, Marneuli polisi ilə sıx münasibətləri var.
Rustaveli prospektində Zaza Saralidzeyə dəstək aksiyasında iştirak
edən Marneuli sakini Elçin Allahverdiyev facebook vasitəsilə canlı
yayımda Temur Abazov və Bidzina İvanişvilinin ailə üzvlərini təhqir
edib.
Allahverdiyevin təhqiramiz ifadələr işlətdiyi video sosial şəbəkədə
11 iyun tarixində yayılıb. Daha sonra yayılmış bir videomaterialda
onun facebookda yazıldığına görə, sidik olduğu ehtimal edilən maye
ilə üzünü yuduğu görünür.
11 iyun tarixində Allahverdiyevin üzr istədiyi daha bir
videomaterial yayılıb və sosial şəbəkədə yayılmış məlumata görə,
video qeydə alınan zaman Temur Abazov da orada olub. Lakin o, özü
bunu inkar edir.
“Marneuli” radiosunun əməkdaşları 12 iyun tarixində Allahverdiyevin
evində olublar. Həmin vaxt o, dindirilmək üçün polis əməkdaşları
tərəfindən Marneuli polis bölməsinə aparılıb. Onun polis bölməsinə
aparılmasının videomaterial ilə əlaqəli olub olmaması məlum
deyil.
Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, o, polis
idarəsinə bir məsələ ilə bağlı şahid qismində çağırılıb. Lakin
konkret hansı məsələ olduğu barədə məlumat verilmir.