Marneuli meri Temur Abazov saxlanılıb, prokurorluq araşdırma
aparır. Temur Abazovun hansı səbəbdən saxlanıldığı barədə
prokurorluq məlumat verməyib.
Bununla belə “İnterpresnyus”-un bu gün yaydığı məlumata görə, onun
saxlanılmasına səbəb Marneuli sakininə qarşı qeyri-insani və
alçaldıcı rəftar olub. Qeyd edək ki, həmin hadisə prokurorluq
tərəfindən araşdırılır.
“İnterpresnyus”-un
prokurorluğun mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, Cinayət Məcəlləsinin qrup şəklində
qeyri-insani və alçaldıcı rəftarın həyata keçirilməsini nəzərdə
tutan 144
3-cü maddəsinin 2-ci hissəsinin “e” altbəndi
ilə istintaq aparılır.