Bu gün, 14 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində ilk
uşaq meydançasının planının təqdimatı baş tutdu və iştirakçılara
təşəbbüskar özü, Rayn Smit planı təqdim etdi.
Rayn uzun zamandır ki, uşaq meydançasının qurulması üçün mübarizə
aparır, xərcləri də öz üzərinə götürür. Marneuli meriyasından
xahişi yalnız lazımi ərazinin ayrılmasıdır. Buna isə bu günə qədə
rəsmi cavab almayıb.
Bir
neçə aydır ki, Rayn Facebook sosial şəbəkəsində "Marneulinin
uşaq meydançası" adlı kampaniyaya başlayıb. Kampaniya vasitəsilə o,
cəmiyyətin dəstəyini qazanmğa cəhd göstərir. Bu gün bizimlə söhbət
zamanı dediyinə görə artıq 7 ildir Marneulidə yaşayır və hesab edir
ki, uşaqlara təhlükəsiz meydança lazımdır, bunun üçün mübarizəyə
davam edir.
Təqdimatda Rayn iştirakçılara dedi ki, Amerikada köhnəlmiş
atraksionları yeniləyib başqa ölkələrə göndərirlər və müqayisədə
ucuz olur. O, Marneuli üçün artıq atraksion seçib.
Bugünkü görüşdə maraqlnan şəxslər iştirak edirdilər. Onlar
vətəndaşın təşəbbüsü ilə tanış olub öz fikirlərini bildirdilər.
Nana Xaradze Marneuli sakinidiri. O, təqdimata nəvəsi ilə birgə
gəlib və təşəbbüsü müsbət dəyərləndirir.
Uşaq meydançasına ehtiyac olması haqqında vətəndaş Səbinə Talıbova
da danışır. O, təqimatda övladı ilə birgə iştirak edir və düşünür
ki, uşaqların həqiqətən də meydançası olmalıdır.
Rayn Smit park üçün ad da seçib "Uşaqları mənim yanıma göndər".
Marneuli bələdiyyəsinə yaxın yerləşən mümkün ərazini də müzakirə
edir. Konkret olaraq isə 2008-ci ildə müharibədə həlak olanların
memroialının ətafında olan ərazini qeyd edir. Ancaq bu hələ ideya
səviyyəsindədir. Çünki hələ ideyasını necə həyata keçirəcəyini
bilmir. Artıq bir ildən çoxdur ki, meriyadan cavab gözləyir, amma
bu günə qədər cavab yoxdur.