Marneuli meri Temur Abazov dünən saxlanılıb.
Onun saxlanılması Marneuli sakini Elçin Allahverdiyevə qarşı
qeyri-insani və alçaldıcı rəftar faktı ilə bağlıdır. Hadisə ilə
bağlı Gürcüstan prokurorluğu araşdırma aparır. "Marneuli" radiosu
merin saxlanılması ilə bağlı yerli sakinlərin rəyini soruşdu. Rəyi
soruşulanların əksəriyyəti şərh verməkdən imtina etdi. Bəziləri isə
merin saxlanılmasını siyasətlə əlaqələndirdi.
Temur Abazov 5 ildən 10 ilədək
azadlıqdan məhrumetmə cəzası ala
bilər. Döymə faktı ilə bağlı isə Gürcüstan Parlamentinin "Vahid
Milli Hərəkat" partiyasından seçilmiş üzvü Azər Süleymanov və daha
iki nəfərə qarşı cinayət işi açılıb.