Deyə bilərəm ki, başqa həyatla yaşadım, Polis Akademiyasını
bitirdim, qanun mənim üçün birincidir, bir dəfə də olsun qanunu
pozmamışam, - bu haqda Marneuli meri Temur Abazov ön tədbiri
məsələsinin müzakirəsi olan məhkəmə prosesində bildirib.
Abazov onun üçün girov olaraq 10 000 larilik cəzanın kəsilməsini
tələb edir. Onun sözlərinə görə isə qanuna tabe olan adamdır
və
gizlənməyi düşünmür.
“Qanun mənim üçün birincidir, bir dəfə də olsun qanunu
pozmamışam. Bütün həyatımı idman etmişəm. Azərbaycanda kiqboksda
çempion olmuşam. Mənim qaçmağıma gəldikdə isə mən ünvanı da
bilmirdim ki, prokuror harada idi və tələb etdim ki, izah etsinlər,
gizlənməmişəm. Axşam yeməyində idim və qrafikimi də dəyişdim ki,
saat 12:00-da prokurorluqda olum. Yüz il cəza da versələr qanuna
tabe olacam. Mənim qaçmağım istisnadır. Mənim saxlanılmağıma
heyrətə gəlmişəm. İstintaq prosesinə qoşulmuşam. Marneulidə gecə
gündüz qanun çərçivəsində çalışırdım. And içirəm xanım hakim,
bələdiyyə məclisinin sədrini belə cərimə lazım olanda cərimələdim.
Heç kimin xahişini nəzərə almırdım” – bildirib Temur
Abazov.
Marneulinin meri Temur Abazovu dünən saxlayıblar. Onun
saxlanılmasına səbəb Marneuli sakininə qarşı insanlqıdan kənar və
alçaldıcı rəftar faktıdır və Gürcüstan prokurorluğu məsələ ilə
bağlı istintaqa başlayıb.