18 yaşdan 26 yaşadək fəal vətəndaş olmaq və öz bölgəsində,
şəhərində və ya kəndində dəyişiklik etmək arzusunda olan istənilən
Marneuli sakini Müxtəliflik Məktəbinə üzv ola bilər.
Müxtəliflik məktəbi gənclərə müxtəlifliyi, bir sözlə, şəhər
siyasəti, kənd inkişafı və mülki fəallıq əsaslı şəkildə öyrənməyə,
layihənin idarəolunması və planlaşdırılması vərdişlərini inkişaf
etdirməyə, öz təşəbbüslərini həyata keçirməyə, öz həmfikirləri
ilə
tanış olmağa və məzun olmağa imkan verir.
Müxtəliflik məktəbi Gürcüstanda plüralist cəmiyyətin
formalaşmasına, demokratiyanın gücləndirilməsinə, gənclərin
qərarların qəbul edilməsi prosesinə fəal şəkildə qoşulduğu, kəndlər
və şəhərlərdə dəyişikliklərin təşəbbüskarları olduğu rəngarəng,
bərabər və həmrəy cəmiyyətin formalaşmasına yardımçı olan
qeyri-rəsmi təhsil proqramıdır.
Müxtəliflik məktəbinin məqsədi kənd və şəhərlərin problemləri
haqqında maariflənmənin artırılması, bölgələrin canlandırılması,
siyasi və mülki iştirakın gücləndirilməsi yolu ilə gənclərin
əməkdaşlığının artırılmasıdır.
Əlavə məlumat almaq və ya ərizə vermək üçün
müraciət edin.