Marneuli bələdiyyəsinin Lejbəddin, Muğanlı, Kürtlər və Baydar
kəndlərində yollara asfalt örtüyünün çəkilməsi işləri davam
edir.
Lejbəddin kəndində 2446 metr yolun asfaltlaşdırılması
planlaşdırılır.
Muğanlıda 1318 metr, Baydarda 1404 metr, Kürtlərdə isə 1308 metr
yolun asfaltlaşdırılması nəzərdə tutulub.
Marneuli bələdiyyəsinin facebook səhifəsində yayımlanmış məlumatdan
aydın olur ki, bu infrastruktur layihəsi bölgələrdə həyata
keçiriləcək layihələr fondu və yerli hakimiyyətin
birgə
maliyyələşdirməsi ilə həyata keçirilir.
Lejbəddin, Muğanlı, Kürtlər və Baydar kəndlərində yollara asfalt
örtüyünün çəkilməsi üçün ümumilikdə 848 912 lari ayırılıb. Bu
məbləğin 45%-i yerli büdcədən, 55%-i isə bölgələrdə həyata
keçiriləcək layihələr fondundan ayırılıb.
Marneuli meriyasının məlumatına görə, kəndlərin dördündə də
yolların bərpası işləri iyul ayının sonunda başa çatacaq.