Marneuli meriyası 15 yaşdan 19 yaşadək gənclər üçün müsabiqə
elan edib, müsabiqə üçün ərizələri isə işləməyən elektorn poçta
göndərmələrini tələb edir.
Marneuli meriyasının rəsmi facebook səhifəsində yayımlanmış
məlumatdan Qdanskda keçiriləcək Gənclərin Biznes Həftəliyində
iştirak etməyi arzu edənlərin CV və motivasiya məktublarını 24 iyun
tarixinədək Marneuli meriasının elektron poçtuna -
CLOAKING
ünvanına göndərmələrini tələb etdiyi
aydın olur.
Qeyd olunan elektron poçt isə işləmir. Bu haqda bizə
ötən gün, 19 iyun tarixində Marneuli meriyasının İnzibati
Xidmətinin rəhbəri Nino Dekanoidze bildirmişdi.
Müsabiqə Polşanın Qdansk şəhərində keçiriləcək Gənclərin Biznes
Həftəliyində iştirak etmək üçün elan olunub.