Marneuli bələdiyyəsinin mer vəzifəsini yerinə yetirən Zaur
Tabatadze "Marneuli" Radiosu ilə əməkdaşlıq və müsahibə vermək üçün
hazırdır.
Ancaq yalnız yazılı şəkildə.
Bu gün, 20 iyun tarixində biz çalışdıq ki, Marneulinin mer
vəzifəsini yerinə yetirən şəxsdən Marneuli-Sadaxlı yol kəsişməsndə
yerləşən küçə ticarətçilərinin məsələsi ilə bağlı müsahibə
alaq.
Marneuli-Sadaxlı yol kəsişməsndə yerləşmiş küçə ticarətçilərinin
başqa yerə keçirilməsi Marneuli bələdiyyəsinin
keçmiş meri Temur
Abazovun təşəbbüsü idi.
Maraqlandıq ki, Zaur Tabatadze onun baxışı ilə razılaşacaqmı. Amma
mer vəzifəsini yerinə yetirən şəxs həmişə olduğu kimi yazılı
müraciət etməyimizi istədi və dedi ki, Marneuli Radiosuna gələcəkdə
də müsahibəni bu formada verəcək.