Qadına qarşı və ailədə zorakılıq və erkən evlənmə ilə bağlı
Marneuli Mülki Məşğulluq Mərkəzində görüş baş tutdu.
Görüşdə Qadın otağının nümayəndələri, sosial xidmət agentliyinin
regional xidmət əməkdaşları, prokurorlar, yerli resurs-mərkəzin
əməkdaşları və səhiyyə nazirliyinin nümayəndələri iştirak
edirdilər.
Görüşün məqsədi “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”
tərəfindən aşkarlanan səhvlərin müzakirəsi idi. Bununla bağlı
bizimlə SAİA-nın Rustavi ofisinin vəkili Natia
Kokiaşvili
danışdı.
"Qeyd olunan mövzu ilə bağlı hansı qanunverici
tədbirlər aparılmalıdır. Hansı qanuni təşəbbüslər var. Hansı
səhvlərlər qarşılaşırıq, onları necə aradan qaldırmaq olar ki, qeyd
olunan məsələ həll olunsun" - deyə Natia Kokiaşvili
bildirdi.
Natia Kokiaşvili SAİA tərəfindən aşkarlanan problemlər haqqında
danışdı. Onun sözlərinə görə, bu günə qədər polislərin problemi
kəskin şəkildə durur. Onlar zorakılıq faktlarına uyğun olmayan
şəkildə reaksiya göstərirlər və zərər çəkənləri zorakılarla qalmağa
çağırırlar. SAİA-nın vəkili eləcə də qeyd edir ki, problemlər
hüquqi proseslər zamanı da özünü göstərir. Bu zaman hakim mühafizə
orderini qısa müddətə verir və onun tərəfindən qəbul edilmiş qərarı
təsdiqləmir.
"Hakimin qurbana qarşı biganə yanaşması var. Qurbanı hakimin özü
pisxoloji təsir altında qoyur. Eləcə də həbs orderinə dair
utandırıcı vəziyyət mövcuddur. Təcrübədə görmüşük elə hallar olub
ki, 5-10 günlük həbs orderi verilib" - deyə Natia
Kokiaşvili bildirdi.
SAİA-nın vəkili eləcə də qeyd edir ki, təşkilat təcrübədə elə
hallarla qarşılaşıb ki, zorakı şəxsə qarşı mühafizə orderdindən
istifadə olunub və o, özü də xeyrinə order yazılmış şəxs tərəfindən
psixoloji zorakılıq qurbanı olub.
"Mühafizə orqanı zorakı şəxsə bəzi hərəkətləri qadağan
edir. Ona yaxın ərazidən keçməməsi, ünsiyyətə girməməsi bizim üçün
mühafizə hesab olunmur. Biz çox istəyirik ki, vaxtında elektro
biləkliklər yaradılsın və zorakının qurbana yaxınlaşması zaman
mühafizə orqanına siqnal ötürsün" - deyə Natia
Kokiaşvili bildirdi.
“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nın görüşü Rustavi
ofisi tərəfindən planlaşdırılmışdı.