Marneulidə uşaq bağçalarına qeydiyyat üç həftədir ki, artıq başlayıb. Qeydiyyat 1 iyun tarixindən 30 iyun tarixinə kimi davam edəcək.
Bu haqda Marneuli Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov məlumat verdi. Onun sözlərinə görə, qeydiyyat davam etdiyinə görə, bağçalara indiyədək nə qədər uşağın qeydiyyatdan keçdiyi haqda dəqiq say demək çətindir. O, gələcək planları haqda da məlumat verdi.