Marneulidə, Kobuleti küçəsində kişi cəsədi tapılıb. Məlumatı
Marneuli televiziyasının jurnalisti şəxsi Facebook səhifəsində
paylaşıb.
Ölən kişi təxmini olaraq orta yaşlıdır. Hadisə yerinə patrul polisi
gedib. Hadisə şahidlərinin sözlərinə görə dünyasını dəyişən şəxsin
Marneulili olmadığını, heç kim tanımadığını dedilər. Onu da əlavə
etdilər ki, ola bilsin həmin şəxs bu ərazidə kirayə qalırmış.
“Təxminən saat 6-7 idi. Çöldə oturmuşduq. Vaxtı
xatırlayıram. Çünki dostum futbola baxmaq üçün evə getmək qərarına
gəlmişdi. Gedən kimi də geri qayıtdı və dedi ki, orada kişi
palçığın içinə yıxılıb. Getdik, həyat əlamətləri görünmürdü.
Cəsədin yanında iki it var idi və heç kəsi yaxın buraxmırdı.
Polietilen torba var idi. Deyəsən çörək və su idi. Başa düşdük ki,
polisə zəng vurmaq lazımdır. Rustavidən kriminal polisi və təcili
yardım gəldi. Deyəsən buralı deyil, heç kəs tanımırdı. Yəqin
kirayədə qalırmış” – hadisə şahidləri.
Marneuli Radiosuna DİN-dən verilən məlumata görə hadisə ilə bağlı
Gürcüstan CM-nin 115-ci maddəsi ilə istintaq başlayıb. Maddə
intihara qədər aparmanı nəzərdə tutur.
İlkin məlumata əsasən cəsəddə zorakılıq işarələri qeydə alınmayıb.
Ehtimal edilir ki, kişinin ölümü ürəyi ilə əlaqədardır ancaq dəqiq
cavab ekspertiza aparıldəqdan sonra məlum olacaq.