Marneuli bələdiyyəsinin təxminən 1 ildir ki, gözlədiyi 200 ədəd
zibil qabları 10 iyul tarixinədək veriləcək “Marneuli” radiosu
kəndlərdə mövcud olan zibil problemi ilə bağlı dəfələrlə xəbər
hazırlayıb.
Bu xəbərlərdə “Təmiz Marneuli” MMC-nin direktoru problemin yeni
gətiriləcək 200 ədəd zibil qabı ilə həll olunacağını bildirirdi.
Misal üçün Kirəç Muğanlı, Saral, Mollaoğlu, Qırıxlı, Qullar,
Kürtlər Kosalı Marneuli bələdiyyəsinin “Təmiz
Marneuli” MMC
tərəfindən həmin 200 ədəd zibil qabının yerləşdirilməsi planlanan
kəndlərindəndirlər. Lakin bunun nə zaman baş tutacağı məlum
deyil.
Məsələni araşdırmaq üçün biz Gürcüstan Bərk Tullantıların
İdarəolunması şirkətinin direktoru Qiorqi Şuxoşvili ilə əlaqə
saxladıq. O, dedi ki, zibil qablarının verilməsi bütün Gürcüstan
miqyasında həyata keçirilir və onların bələdiyyələrə paylanılması
mərhələli şəkildə olur. Konkret olaraq Marneuliyə iyun ayının
sonlarına doğru veriləcək.
“Marneuliyə 200 zibil qutusu verməliyik. Bu iyunun sonunda olacaq.
Regional zibilliyin tikilməsi layihəsi var. Onun çərçivəsində əlavə
Marneulinin zibil qutuları və müvafiq texnika ilə təchiz olunması
planlaşdırılır. Bu təxmini olaraq 2019-cu ildə
olacaq” – deyə Qiorqi Şuxoşvili bildirdi.
Kvemo Kartli bölgəsi üçün ümumilikdə 1003 ədəd, ümumilikdə
Gürcüstan miqyasında isə 10 000 ədəd zibil qabı nəzərdə tutulub.
Şuxoşvilinin dediyinə görə, Marneuliyə yenidən zibil qablarının
verilməsi “Regional Zibilliklərin Yaradılması” layihəsi
çərçivəsində həyata keçiriləcək ki, bu da 2019-2020-ci illərdə
həyata keçiriləcək.