Video: İmir ictimai məktəbinin direktoru ilə jurnalist arasında qarşıdurma
16:44 / 22.06.2018
“Tbilisi İnsan Hüquqları Evi” layihəsi çərçivəsində işlər zamanı
jurnalist və Marneuli bələdiyyəsi İmir ictimai məktəbinin direktoru
arasında qarşıdurma yaranıb.
Jurnalsit İmir məktəbində çəkiliş aparmaq üçün gəlib, lakin məktəb
direktoru buna icazə verməyib.
Bu isə mübahisəyə səbəb olub. İnsidentlə bağlı videomaterialdan
aydın olur ki, jurnalistə qarşı aqressiya yalnız məktəb direktoru
tərəfindən deyil, eyni zamanda digər şəxslər tərəfindən də olub.
Məktəbin əməkdaşı olduğu ehtimal edilən bir şəxs jurnalisti təhqir
edir və hədələyir.
İmir məktəbinin direktoru İsmixan Məmmədovun “Marneuli” Radiosuna
dediyinə görə, jurnalistlər icazə alanadək artıq çəkilişə
başlayıblarmış. Lakin direktor onların kim olduqlarını soruşduqdan
sonra onlar özlərini təqdim ediblər və deyiblər ki,
Azərbaycandandırlar və məktəbdə çəkiliş aparmaq istəyirlər.
“Soruşdular ki, niyə istəmirsiniz yeni məktəb tiksinlər? Mən də
soruşdum ki, siz tikməyi planlaşdırırsınız? Və dedim ki, nazirlikdə
məktəbin vəziyyəti ilə bağlı məlumat var və yəqin ki, məktəbi təmir
edəcəklər. Ddüzünü deyim, çəkilişə icazə vermədim. Hardan gəliblər?
Kim göndərib? Nazirliyin xəbəri var? Əgər bilirlərsə, o zaman
sənədləri göstərin dedim. Jurnalistlərin dedikləri
yalandır”, - deyə məktəb direktoru bildirdi.