Marneuli meriyası bələdiyyənin ərazisində nəzarətsiz qalmış
itlərin sığınacağa aparılması üçün 16 949 lari dəyərində tender
elan edib.
Marneuli bələdiyyəsi qeyd olunan növ tenderi artıq ikinci dəfədir
elan edir.
Birinci dəfə tenderdə fərdi I stehsalçı Giorgi Mağlaperidze qalib
gəlib. O, 125-ə qədər iti Ozurgeti sığınacağına aparırdı və müvafiq
prosedurlardan sonra onların müəyyən qədərini yenə də geri
gətirirdi
21
iyun tarixində elan edilmiş tenderdə şərtlər demək olar ki,
keçən tenderdəki kimidir. Fərq yalnız itlərin sayında və tenderin
dəyərindədir.
Birinci tender 127 itin sığıanacağa aparılması üçün elan olunmuşdu
və meriya bunun üçün 12 065 lari xərcləyib.
Yeni tender 242 itin sığınacağa aparılması üçün elan olunub. Tender
təklifinin dəyəri isə 16 949 larini təşkil edir.