Marneuli bələdiyyəsinin Axlımahmudlu kəndinin sakinləri
mal-qaralarının otarılması üçün otlaq sahəsinin olmaması
problemindən şikayət edirlər.
Marneuli kəndlərinin əksəriyyətində olduğu kimi Axlımahmudlu
kəndinin sakinləri də heyvandarlıq və kənd təsərüffatı ilə
məşğuldurlar.
Axlımahmudlu kəndi Debet çayı sahilində yerləşir. Debet çayının
sahilində, kənd ərazisi yaxınlığında isə böyük əraziyə malik olan
karxana və zavod yerləşir. Həmin zavod “Qtsia” MMC-yə aiddir.
Zavodda yol çəkmək
üçün materiallar var.
Kəndin daxili yollarına yaxın ərazilərə qədər isə karxanaya və
zavoda aid olan çınqıl və materiallarla əhatə olunub. Sakinlərin
sözlərinə görə, əvvəllər onlar mal-qaralarını karxananın ətrafında
yerləşən boş sahələrdə, cala deyilən ərazidə və dəmir yolunun ətraf
ərazisində otarırdılar.
Onların sözlərinə görə, həmin vaxtlar o torpaq sahələri kəndlilərə
aid olub. Sonra isə onların xəbəri olmadan həmin torpaq sahələri
satılıb.
Kənd sakinləri Marneuli meriyasına ərizə ilə müraciət ediblər ki,
torpaq sahələrinin qanunsuz satılması ilə bağlı ölçü götürülsün.
Ancaq meriyanın məktubundan müəyyən olur ki, qeyd olunan ərazi MMC
“Qtsia”nın mülkünə daxildir.
Kənd sakinlərinin sözlərinə görə onların mövcud vəziyyətlə bağlı
məlumatı olmayıb. Kənd sakinləri onların xəbəri olmadan torpaqların
satılmasına etiraz edirlər. İndi məcburdurlar ki, öz mal-qaralarını
magistral yolda otarmağa aparsınlar.
"Qtsia" Məhdud Məsuliyyəti Cəmiyyətdir və indiyə kimi 41 tenderdə
iştirak edib. Ondan yalnız 32%-ni qazanıb və Marneuli
Bələdiyyəsində yolların bərpa işində tez-tez iştirak edir.