Marneuli bələdiyyəsinin bir neçə kəndində içməli suyun verilməsi
"Marneuli Kənd Su" MMC-yə və ya “Gürcüstanın Birləşmiş Su
Təchizatı” kompaniyasına verilə bilər.
Bu haqda Marneuli Radiosuna söhbət zamanı Kvemo Kartli
qubernatorunun müavini Aleksandre Metreveli bildirib və deyib ki,
Marneulidə beşə yaxın kənd "Rustavi Su" MMC-nin balansındadır.
Problem isə mərkəzi borunun zədələnməsinə bağlıdır. Bu isə əhaliyə
normal rejimdə
içməli suyun verilməsini məhdudlaşdırır. Problemin
həlli üçün isə iş görüşləri davam edir.
“Bildiyiniz kimi bu köhnə borudur və çox zərər dəyib. Dəqiq
problemin aşkarlanması olacaq və sonra hansı növ işlərin aparılmaı
olduğunu müəyyən edəcəyik. Müvafiq olaraq məlum olacaq ki,
"Marneuli Kənd Su" MMC yoxsa “Birləşmiş Su Təchizatı Kompaniyası”
MMC götürəcək. Yaxın gələcəkdə məlum olacaq. Paralele olaraq
istəmirik ki, əhali susuz qalsın. Qrafiklə su
veriləcək” – deyə Aleksandre Metreveli bildirdi.
Mövzu haqqında eləcə də bizimlə Marneuli merinin müavini Laşa
Lobjanidze də deyir ki, əhaliyə suyun verilməsi maneəsiz olmalıdır
və boru ilə bağlı problem tezliklə həll olunacaq. Marneulinin bir
neçə kəndi başqa kompaniyanın balansına keçəcək ya yox bu haqda
danışmağa Lobjanidze çətinlik çəkir.
Aleksandre Metreveli deyir ki, 25 iyun tarixində Marneuli
bələdiyyəsinin Kəpənəkçi, Algeti və Kürtlər ərazi vahidinin içməli
su ilə təchiz olunması məsələsi ilə bağlı görüşləri də olub ki,
problem həll olunsun.
İkinci görüşü isə yaxın günlərdə planlaşdırırlar və görüşdə
problemin aşkarlanması olacaq. Kəndlərin başqa kompaniyaların
balansına keçməsi ilə bağlı qərarı yaxın gələcəkdə verəcəklər, ona
qədər isə kəndlərə suyun verilməsi mövcud qrafiklə olacaq.