İnsan Haqlarının Araşdırılması və Monitorinqi Mərkəzi Marneuli
merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin etnik
azlıqların gürcü dilini öyrənməsi ilə bağlı şərhini cavabdehliyin
dövlətin üzərindən vətəndaşın üzərinə atılması kimi dəyərləndirib.
Mərkəzin nümayəndəsinin bildirdiyinə görə, o, cavabdehliyi
vətəndaşların üzərinə atmaqdansa, dövlət dilinin öyrənilməsinin
zəif olması ilə bağlı dövlət siyasətinə tənqidi yanaşmalı idi.
İnsan Haqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin
Bərabərlik
layihəsinin proqram direktoru Tamta Mikeladze “Marneuli” radiosuna
bildirdiyinə görə, Zaur Tabatadzenin Dəmyə kəndində yerli
sakinlərlə görüşü bəzi fikirlər baxımından problemlidir və burada
iki mühüm siyasi çatışmazlıq var. Bunlardan biri məhz gürcü dilinin
öyrənilməsi ilə bağlıdır.
“Onun tərəfindən diqqətin ona yönəldilməsi ki, dövlət
dilini öyrənin biz sizin üçün hər şeyi yaradırıq - bu müəyyən
dərəcədə problemin qeyri-düzgün interpretasiyası və digər tərəfdən
cavabdehliyin dövlətin üzərindən vətəndaşın üzərinə atılmasıdır.
Halbuki yerli sakinlər videoda dili öyrənməyə çalışdıqlarını
bildirirlər. Bu məhz etnik azlıqlarla bağlı siyasətə baxışda çox
simptomatik və çox mühüm çatışmazlıqlardır ki, bu bəyanatda aşkara
çıxıb” – deyə Tamta Mikeladze bildirdi.
“Marneulinin meri Zaur Tabatadzenin Dəmyə kəndində yerli icma ilə
görüşü zamanı verdiyi bəyənat konsepsual olaraq bir neçə fikirə
görə problemlidir.
“Gürcü dilinin öyrənilməsi ilə bağlı o, təxmini olaraq
belə fikir bildirib: “İnkişaf edin. Bir adam tapın və təhsil verin.
Biz (dövlət) hər yerdə deyirik gürcü dilini öyrənin. İnteqrasiya
olmaq üçün gürcü dilini öyrənin”. O, burada da siyasi olaraq səhv
vurğu edir. O, dil və ümumiyyətlə təhsil problemi ilə bağlı
dövlətin öhdəliklərini və məsuliyyətini müzakirə etmək əvəzinə dil
öyrənmək yükünü icmanın, adamların üzərinə yükləyir. 2012-ci ilin
tədqiqat göstəricilərinə əsasən, Kvemo Kartlidə yaşayan 6 yaşdan
yuxarı milli azlıqların 71,5% dövlət dilində danışa bilmir. Bu
göstərici xüsusən etnik olaraq azərbaycanlılarda yüksəkdir – 78,3%,
ancaq erməni əhalisində isə - 36,6%-dir. Etnik azlıqların təhsil və
dil tədrisinin təmin edilməsi dövlət üçün vacib problemdir. Dil
problemi ilə birgə o, təhsil almaq dərəcəsini və ümumiyyətlə bu
qrupların inkişafı və siyasi iştirakı məsələsini də qeyd
edir” – deyə Tamta Mikeladze bildirdi.
Tamta Mikeladze diqqəti məktəblərdə gürcü dilinin öyrənilməsi
proqramlarına yönəldir. Onun fikrincə bu proqramlar zəifdir və
kifayət etmir.
"Qeyri gürcü dilli şagirdlərdə attestat imtahanlarından
kəsilmə faizi gürcü dilli məktəblərin faizindən kəskin şəkildə
çoxdur. Azərbaycanlı və azərbaycan sektoru olan məktəblərdə 50%-dən
65%-ə qədər dəyişir. Həmçinin, erməni dilli və erməni sektoru olan
məktəblərdə də yüksək imtahandan kəsilmə göstəriciləri qeydə
alınır. Gürcü dilinin tədris proqramları məktəblərdə yenə də zəif
və yetərsiz dərəcədədir. Biliqnual dərsliklərin və müəllimlərin
dərəcəsi problemlidir. Etnik azlıqlara aid müəllimlərin gürcü dili
səviyyəsi aşağıdır. Bu şəraitdə gürcü dilinin tədrisi baxımından
dövlət radikal müsbət addımlar atmır, məsuliyyətin mərkəz
admlarının və sosial rupların üzərinə qoyulması düzgün yanaşma
deyil. Ümumilikdə etnik azlıqların aşağı səviyyədə siyasi və sosial
iştirakı və bərabərliyə dəstək olacaq siyasi ritorikanın zəifliyi
hakimiyyət tərəfindən gürcü siyasəti layihəsinə etnik azlıqların
birləşdirilməsini onsuz da zəiflətdiyindən danışmırıq. Aydındır ki,
bu da onlar tərəfindən dilin tədrisi motivasiyasına təsir göstərir.
İnsanlara möhkəm və inandırıcı təəssüratın və gözləntinin
yaradılması lazımdır ki, onlar tərəfindən gürcü dilinin tədrisi
şərtlərində onlar həqiqətən də mövcud siyasi və sosial sistemin bir
hissəsi olacaqlar və istifadə edəcəklər, tələb edəcəklər və ictimai
dəyər və yaxşılıqları dəyişdirəcəklər. Məhz bu motivasıyanı
insanların gürcü diini öyrənmək istəyinin olmaması və y abuna cəhd
göstərməmələri deyil, rəhbər olmuş etno-dini nasionalizm, zəif
inteqrasiya siyasəti, aşağı siyasi iştirak, sosial və iqtisadi
zəiflik, mədəni hiyerarxiyalar zəiflədir - deyə Tamta
Mikeladze bildirdi.
Tamta Mikeladze deyir ki, ictimai bəyanat nəticəsində müəyyən
baxışlar yaranır və daha məsuliyyətli bəyanatın verilməsi daha
mühüm olardı. Söhbət Marneuli merinin səlahiyyətlərini icra edən
şəxsin bəyanatından gedirsə, o, milli azlıqların problemlərini daha
çox hiss etməli və buna daha həssas yanaşmalıdır.
“İlk növbədə onun yerlilərin dövlətə qarşı düzgün fikri
olduğuna dair və onlar “bizim” yanımızda dururlar və dövlət
tərəfindən ardıcıl olaraq həyata keçirilmiş müsbət tədbirləri
görürlər (Məsələn: su probleminin həlli) vurğusu, aşağıdakı mətndə
siyasi olaraq səhv məzmundan ibarətdir: O, vətəndaşların
ifadəsindən və başqaları kimi səhv bölmə işarələrindən ibarətdir
ki, bu da vətəndaşlığın siyasi ideyasına etnik identliyə görə
fərqləndirmə ideyasının səhv şəkildə daxil edilməsidir; O, etnik
azlıqların hakimiyyətə qarı yüksək loyallıq göstəməsini tələb edir
və qeyd edir ki, onların hakimiyyətin yanında durması vacibdir və
onların cəhdlərinə görə minəttardırlar. Etnik azlıqların dərk
etməsi ki, onlar hakimiyyətə qarşı yüksək loyallıq göstərməlidirlər
və daha az siyasi olmalıdırlar (yəni ö tələblərini və problemlərini
gün qrafikində tənqidi şəkildə qoymasınlar) hakimiyyətlərin və
siyasi qrupların yol verdiyi tipik səhvdir. Aydındır ki, etnik
azlıqların siyasi iştirakının, mülki tənqidinin qəbul edilməməsi
onların natamam vətəndaş oolaraq dərk edilməsi problem ilə
bağlıdır” - deyə Tamta Mikeladze bildirdi.