Marneuli bələdiyyəsinin Şaumiyani kəndinin N1 ictimai məktəbinin
11-ci sinif şagirdi Milena Adamian intellekt-çempionatı "Etalon"un
finalında 2-ci yeri qazanıb.
Birinci yerin sahibi isə "Didubenin etalon şagirdi" Tbilisinin 155
saylı ictimai məktəbinin 8-ci sinif şagirdi Lazare Bedukadze
olub.
Marneuli radiosuna Şaumiyani bir saylı ictimai məktəbinin
direktorunun görə Mileanın qələbəsi çox sevindiricidir. Bunların
hamısı isə pedaqoqların sayəsində baş verir.
Milena Adamia da öz
təəssüratlarını bizimlə paylaşdı. Qeyd etdi ki, Etalonla böyük
təcrübə əldə edib və artıq abituriyentlil üçün hazırlaşır və ümid
edir ki, universitetə də uğurla qəbul olacaq. Hələ fakültə
seçməyib. Ancaq təhsilini İvane Cavaxişvili adına Universitetdə
davam etdirmək istəyir.
"Çox şadam ki, etalon müsabiqəsində iştirak etdim. Bu müsabiqə
böyük uğur idi. bu şagirdin biliyinin qiymətləndirilməsi
layihəsidir. Mən ikinci yeri tutdum, lakin birinci yeri tutmuş
şagirdin uğuruna da sevinirəm" - deyə Milena Adamia
bildirdi.
Layihənin məqsədi təhsilə dəstək olmaq və populyarlaşdırmaq,
pedaqoqların və şagirdlərin kəşf edilməsi-həvəsləndirilməsidir.
Uğura isyiqamətlənmiş gənclərin - şagirdlərin, onların
valideynlərinin və pedaqoqların daha da motivasiya edilməsidir.
Bu il olan finalın mövzusu belə imiş: Rəngarəng Gürcüstan -
rəngarəng yaşamın harmoniyası.
2017-2018-ci tədris ilinin Etalonunda 2001 ictimai məktəb və 89
özəl məktəb iştirak edib. Müsabiqə üç mərhələ olaraq keçirildi.
Birinci mərhələdə - məktəblərdə testləşdirmələr - buna 37 965
uğurlu yuxarı sinif şagirdləri qoşulubmuş. İkinci mərhələ -
bələdiyyələrə əsasən qaliblərin aşkarlanması. Bu ilki statiatikaya
əsasən 5 815 şagird arasında 78 finalçı oldu. Onlar 26 iyunda
möhtəşəm finalda öz bələdiyyələrini təqdim ediblər.
Sosial-maarif layihəsi "Etalon" Gürcüstanda 13-cü ildir ki, həyata
keçirilir.