Marneulinin majoritar deputatı Ruslan Hacıyev iki saylı ictimai
məktəbin keçirdiyi imtahanlarda qeyri-qanunilik görmür.
“Marneuli” radiosuna bu haqda Hacıyev bu gün, 2 iyul tarixində
Marneuli iki saylı ictimai məktəbində valideynlərlə və məkdtəbin
müdiriyyəti ilə görüşü zamanı bildirib.
“İki saylı ictimai məktəbdə keçirilən imtahanlarla
bağlı hər şey qanuni olub. Lakin bununla bağlı valideynlər fərqli
düşünür” – deyə Ruslan
Hacıyev bildirib.
Parlamentin deputatı bizimlə söhbətində onu da bildirdi ki,
valideynlərin iradını dinləyib və bu məsələ ilə bağlı məktəb
müdiriyyətinin mövqeyi ilə də tanış olub.
“Mən Təhsil Nazirliyinin rəhbərliyi ilə şəxsən
danışacağam. Onlar özləri bunu daxili qaydada müzakirə edəcəklər.
Əgər nəsə çatışmırsa, özləri bu barədə ölçü
götürəcəklər”, - Ruslan Hacıyev bildirib.
Ruslan Hacıyevin bildirdiyinə görə, onlar hadisələrin gedişinə
nəzarət edəcəklər.
Parlament deputatının imtahanların qanuni şəkildə keçirildiyi
barədə dəyərləndirmələrinə baxmayaraq, Gürcüstan Təhsil və Elm
Nazirliyinin Milli Tədris Planı İdarəsinin rəhbəri Mariam Çikobava
deyir ki, Marneuli iki saylı ictimai məktəbində 6-cı və 9-cu
siniflər üçün imtahan qanun pozuntuzu ilə keçirilib. Konkret olaraq
ildə iki fəndən artıq imtahan vermək olmaz. 9-cu sinifdə isə
imtahanlar 9 fənn üzrə keçirilib. 6-cı sinfə gəlincə isə
imtahanların keçirilməsi tamamilə qanuna ziddir.
“Marneuli” radiosu