Marneuli bələdiyyəsinin itlər üçün sığınacağı nəzərdə tutun tenderi
baş tutmayıb.
Meriya 242 itə xidmət göstərmək üçün 16 949 lari ayırıb. Gürcüstan
Heyvanları Qoruma Federasiyasının nümayəndəsi Temur Laçkepiani
maliyyənin azlığından irəli gələrək tenderin baş tutmamasının
məntiqli olduğunu hesab edir. O, deyir ki, bir it üçün 70 lari çox
azdır və əgər kimsə bu tenderdə iştirak etsə
işləri vicdansızca
görməli olacaq.
“Təkcə sterelizasiyaya 100 lari lazımdır. Bir it üçün
70 lari ayırıblar. 10 gün iti saxlamaq qulluq göstərmək,
qidalandırmaq üçün nə qədər məbləğ lazımdır. Bu tenderi qəbul
edəndə gərək vicdansız çaışasan” - deyə Temur
Laçkepiani bildirdi.
Laçkepianinin dediyinə görə, vəsaitin azlığından başqa burada
bələdiyyənin öhdəliyi də vacibdir. Belə ki, bələdiyyə heyvanlara
qulluq-sahiblik qaydasını qəbul etməli idi, lakin baxmayaraq ki,
Gürcüstan Heyvanların Qorunması Federasiyası Marneuli Bələdiyyə
Məclisinə heyvanların artımının idarə olunmasının izah edildiyi
qərar layihəsi göndərib, bu günədək qaydalar qəbul edilməyib. O
cümlədən, çox bələdiyyənin təsdiq etdiyi heyvanların artımına
nəzarət olunması məsələsi Marneuli bələdiyyəsinin siyahısında
yoxdur.
“Məsuliyyətsiz rəhbərə qarşı ölçülər götürülsün.
Heyvanlrı atmaq, kontrolsuz artım qadağan olunsun. Bu qaydaları çox
bələdiyyələr qəbul edib ancaq Marneuli bələdiyyəsi
etməyib” – deyə Temur Laçkepiani bildirdi.
Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin bu
gün "Marneuli" radiosuna dediyinə görə, düzdür, heyvanların
artımına nəzarət olunması ilə bağlı qərar qəbul edilməyib, lakin
meriyada bu məsələ ilə bağlı müzakirələr davam edir. Müzakirələrə
hüquqşünas da qoşulub, lakin qərarın nə zaman qəbul ediləcəyi məlum
deyil.
Gürcüstan Heyvanların Qorunması Federasiyasının məktubuna Marneuli
meriyası hələ də cavab verməyib.
Marneuli bələdiyyəsi artıq ikinci dəfədir ki, itlər üçün sığınacaq
barədə tenderi elan edib. İlk tenderdə fərdi sahibkar Qiorqi
Mağlaperidze iştirak etmişdi. O, tenderdə nəzərdə tutulmuş sayda
iti Ozurqeti sığınacağına apara bilməmişdi.
İkinci tenderə gəlincə Qiorqi Mağlaperidze burada iştirak edə
bilməzdi. Qiorqi Mağlaperidzenin dediyinə görə, onun şirkətində
müəyyən pozuntular aşkarlanıb ki, bunu aradan qaldırmalıdır. Lakin
pozuntuların müəyyən bir hissəsi aradan qaldırılıb və onun
sığınacağı müvəqqəti olaraq bağlanıb.