Marneuli bələdiyyəsinə verilmiş 200 zibil qutusu Marneulidə mərkəzi
küçəyə qoyulacaq. Bizimlə söhbəti zamanı "Təmiz Marneuli"nin
direktoru Leri Mumladzenin dediyinə görə yeni qutuların qoyulması
Marneulinin görünüşü üçün də yaxşı olacaq.
Köhnə qutuları isə kəndlərə böləcəklər. O, qeyd edir ki, Marneulidə
təqribən 30 kəndə xidmət göstərirlər və onar tərəfindən dəyişilən
qutuların sayı yetərlidir.
"İndi ən çox mərkəzi küçəsində yerəşdiriləcək ki,
şəhərin görünüşü yaxşı olsun. Rustaveli, Kostava, 26 may və digər
küçələrdə nəzərə alınacaq. Köhnə qutuları isə xidmət göstərdiyimiz
kəndlərə verəcyik" - deyə Leri Mumladze bildirdi.
Demək olar ki, bir ildir Təmiz Marneulinin gözlədiyi 200 zibil
qutusu bəədiyyəyə 27 iyunda veriib. Marneuli bələdiyyəsinin rəsmi
facebook səhifəsində yayımlanan məlumata əsasən qeyd olunan
qutuları munisipal "Təmiz Marneuli" MMC indiki mərhələdə ən çox
tələbb olan yerlərə yerləşdirəcək. Təmiz Marneulinin direktoru isə
qeyd edir ki, şəhərin görünüşünə uyğun olaraq qutular
yerləşdiriləcək.