Marneulidə yalnız bir yerdə olan işıqfor xarab olub. Bu haqda
112-yə Marneuli sakini Fuad Qəhrəmanov bildirib. Amma çağırılmış
patrul briqadası ona deyib ki, işıqforun təmiri meriyanın
öhdəliyidir.
Qəhramanov 2 iyulda meriyada Tahir Rüstəmova müraciət edib. O,
bildirib ki, onun xidmətinin bu problemi həll etmək öhdəliyi
yoxdur.
Qəhrəmanovun dediyinə görə, Zaur Tabatadze vəd verib ki, problemi
həll edəcəklər.
Ancaq hansı müddətdə olacaq bunu qeyd etməyib.
Qəhrəmanov mer vəzifəsini yerinə yetirən şəxsi tez zamanda reaksiya
göstərməyə çağırıb. Çünki işıqforun çalışmaması qəzalara səbəb ola
bilər.
Bu gü Marneuli bələdiyyəsi facebook səhifəsi vasitəsilə əhaliyə
bildirib ki, onlar işıqforu təmir ediblər. "Meriyanın reaksiyası
nəticəsində işıqfor 2 iyul tarixində günün ikinci yarısından artıq
çalışır" - yazılıb bələdiyyəsnin facebook səhifəsində.