Marneuli meriyasında 2 iyul tarixində yağan güclü yağış
nəticəsində dəymiş zərərin, təbii fəlakətin nəticələrinin aradan
qaldırılması üçün yaradılmış işçi qrup daha bir işgüzar görüş
keçirib,
bu haqda məlumat Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində
yayılıb.
Yayılmış məlumatda bundan başqa o da qeyd olunub ki, “İşçi qrup bu
vaxta qədər olan vəziyyət və görülmüş işləri cəmləşdirib”. Lakin
hansı işlərin görüldüyü
və hansı mövcud vəziyyətdən söhbət getdiyi
haqda məlumat yoxdur.
Buna görə də “Marneuli” radiosu əhalini daha çox məlumatlandırmaq
məqsədilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə
qrupun üzvlərindən biri, Marneuli merinin müavini Laşa Lobjanidze
ilə əlaqə saxladı.
O, bizimlə söhbəti zamanı bildirdi ki, məsələ ilə əlaqədar
veb-səhifədə yaxın vaxtlarda daha ətraflı məlumat yerləşdiriləcək
və oradan məlumat almaq mümkün olacaq. Bu vaxt ərzində hansı
işlərin görüldüyü ilə bağlı sualımıza isə cavab verməkdən imtina
etdi.