Smit ailəsinin cənazələrinin aparılması üçün pul toplanmağa
başlanıldı.
Toplanacaq pul Smit ailəsinin Gürcüstana gəlməsi, həmçinin qətlə
yetirilənlərin öz ölkələrinə aparılması və dəfn olunması
xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Cəmi 30 000 ABŞ
dolları toplanmasına ehtiyac var, hal-hazırda isə 23 457 dollar
toplanıb.
Arzu edənlər
www.gofundme.com saytından köçürmə edə bilərlər.
Smit ailəsi Duşeti rayonunun Xada dərəsi
ərazisində 7 iyul
tarixində ölmüş vəziyyətdə tapılıb.
1998-ci ildə anadan olmuş çoban M.K. həbs
olunub. Ona qarşı iki və daha artıq şəxsi, o cümlədən həddi
buluğa çatmadığı ona məlum olan şəxsi qəsdən öldürmə ittihamı irəli
sürülüb.
ABŞ-ın Gürcüstandakı səfirliyindən "Marneuli" radiosuna
bildirdiklərinə görə, Smit ailəsinə maddi dəstək göstərə bilmirlər
və səfirliyin konsulluğu onlara təşkilati işlərdə kömək edir.