15 iyul tarixində, axşam saatlarında Rustaveli küçəsində avtomobil
qəzası baş verib.
Qəzada iki yüngül avtomobil toqquşub.
Yol nəqliyyat hadisəsi zamanı bir vətəndaş yüngül xəsarət alıb və
onun həyati təhlükəsi yoxdur.
Marneui Radiosuna DİN-dən verilən məlumata görə, baş verən faktla
bağlı Gürcüstan CM-nin 276-cı maddəsinin
birinci hissəsi ilə
istintaq gedir. Maddə nəqliyyat hərəkətinin təhlükəsizliyi və ya
ekspluatasiyası qaydasının pozulması nəticəsində sağlamlığa az ağır
zərər vurmağı nəzərdə tutur.
Fotonun müəllifi: Fuad Qəhramanov