Marneuli bələdiyyəsinin Tsereteli kəndində parkın qurulması
tenderində iştirak edən şirkət müqavilə ilə götürdüyü öhdəliyi
pozub.
Pozuntu konkret halda müddətin keçməsini nəzərdə tutur.
Tsereteli kəndində 9 aprel adına parkın bərpa işləri qaydaya əsasən
4 iyulda bitməli imiş. Ancaq indiki mərhələdə işlərin təqribən 15%
yerinə yetirilib. "Marneuli" Radiosu meriyada müvafiq xidmətdən
məlumatı araşdırmağa çalışdı ki, hansı bəndlərin pozulmasından
söhbət
gedir və parkın qurulması nə vaxt bitəcək.
Bu məsələ ilə bağlı isə meriyanın mətbuat xidməti isə bizi Otar
Pirveliyə isyiqamətləndirdi. O, Marneuli miqyasında tenderlərin
işləməsini kontrol edir. Ancaq Otar Pirveli bilmir ki, işlər nə
zaman başa çatacaq və deyir ki, məsələ meriyanın səlahiyyətinə
daxil deyil. Yalnız onu deyir ki, indiki mərhələdə şirkət işləri
həyata keçirməyə davam edir. Müddətin keçməsinə görə isə cərimə
təyin olunub.
"Müddəti keçirmək olmaz. Keçirəndə
cərimələnir" - deyə bilidirdi Otar Pirveli
"Marneuli" Radiosu bütün gün ərzində tenderdə iştirak edən şirkət
"Tao" MMC-nin nümayəndələri ilə əlaqə yaratmağa çalışdı ancaq
nəticə olmadı. Güman edə bilərik ki, tenderdə qeyd olunmuş əlaqə
nömrələri düzgün deyil. "Tao" MMC cəmi 103 tenderdə iştirak edib.
Bundan isə tenderlərin əksəriyyəti 57%-ində uduzub.
"Marneuli" Radiosu ilə söhbət zamanı Məlumat Azadlığı üzrə İnkişaf
İnstitutunun - araşdırmalar istiqamətinin rəhbəri Giorgi
Lomtadzenin dediyinə görə bələdiyyə görsə ki, şirkət tenderlə
götürülən öhdəliyi yerinə yetirə bilmir ola bilsin ki, şirkətlə
müqaviləni dayandırsın və tender başdan elan olunsun.
Tsereteli kəndində park mülki büdcə çərçivəsində düzəldilir. Bunum
üçün yerli özünüidarəetmə 165 498 lari ayırıb. Tenderə əsasən
Tsereteli parkının layihə sahəsi funksiya olaraq iki tarixi və
gündəlik müasir ölçüdə bölünməlidir. Hər iki zonanın qurulması isə
"Tao" MMC-nin öhdəliyidir və nə zaman başa çatacağını hələ
bilmirik.