Marneulinin yeganə işıqforu yenidən xarab olub. 2 iyul tarixində
Marneuli sakini tərəfindən Marneuli meriyasına müraciət edilərək
məlumat verilib.
3 iyul tarixində Marneuli meriyası reaksiya göstərərək işıqforu
təmir etikləri haqda bələdiyyənin facebook səhifəsində paylaşım
edib.
Həmin gündən 14 gün keçməsinə baxmayaraq şəhər sakinləri Fuad
Qəhrəmanov və Farik Mursakulov aksiya keçirərək bildirdilər ki,
işıqfor Meriya tərəfindən təmir olunmayıb.
Onlar
112 zəng edərək işıqforun işləməməsi haqda məlumat veriblər.
Hadisə yerində yol patrul xidmətinin əməkdaşları gələrək problemlə
tanış olublar. Patrul xidmətinin əməkdaşları məlumat verərək
bildirdilər ki, işləməyən işıqforların heç bir əhəmiyyəti yoxdu.
Yenədə təmir üçün meriyaya müraciət etmələrini tələb etdilər.
Marneuli sakinləri yenidən Marneuli meriyasına müraciət edərək
problemin həllini tələb ediblər.
Marneuli İcra hakimiyyətinin İqtisadiyyat şöbə rəhbərliyini icra
edən Davit Xarşiladzenin sözlərinə görə, həmin işıqfor yol
hərəkət qaydaları üçün heç bir təhlükəsi yoxdur. Tezliklə işıqforu
təmir etməyi planlaşdırırlar.
“Marneulidə binaların küncündə yerləşən işıqfor xarab
olub. Sarı və qırmızı işıqda problem var və bələdiyyədən təmir
edirlər. Həmin işıqforun yol hərəkət təhlükəsizliyi üçün heç bir
əhəmiyyəti yoxdur. İstəyirsiniz müvafiq xidmətdən soruşa
bilərsiniz” – deyə David Xarşiladze bildirdi.
Marneuli meriyası xarab olmuş işıqforu təmir etməyi planlaşdırır,
amma nə zaman planlaşdırılır bu məlum deyil.