Marneuli bələdiyyəsi miqyasında paylanmış zibil qabları
plastikdir və asanlıqla yana bilir. Buna görə də “Təmiz Marneuli”
MMC-nin direktoru Leri Mumladze əhaliyə xəbərdarlıq etməyi
planlaşdırır.
O, bizimlə söhbətində bildirdi ki, bu mərhələdə bütün qutular
paylanmayıb və qutuların paylanması mərhələli şəkildə həyata
keçirilir. Mumladze onu da əlavə etdi ki, qutular söndürülməmiş
siqaret kötüyündən də alışa bilər və əhaliyə bu
barədə xəbərdarlıq
etmək lazımdır.
"Əhaliyə deyilməlidir ki, bu zibil qabları plastiktir. Çox asan
şəkildə yana bilir. Ona görə də əhaliyə xəbərdarlıq edilməlidir.
Biz də nəzarət xidməti ilə birgə gedəcəyik" - deyə
Leri Mumladze bildirdi.
“Təmiz Marneuli” MMC-nin təxminən 1 il gözlədiyi 200 ədəd zibil
qutusu 27 iyun tarixində verilib. Qutuları bələdiyyəyə Gürcüstan
Bərk Tullantıların İdarəolunması Şirkəti verib.
Regional zibilliklərin yaradılması layihəsi çərçivəsində Marneuliyə
yenə zibil qutularının verilməsi planlaşdırılır ki, bunun da
2019-2020-ci illərdə həyata keçiriləcəyi gözlənilir.