Marneuli bələdiyəsi itlər üçün sığınacaqla bağlı yenidən tender
elan etdi.
Bələdiyyə tender şərtlərini dəyişdirməyib və xidmət üçün yenə 16
949 lari nəzərdə tutulub.
16 949 lari ilə bələdiyyə 242 itin sığınacağa aparılması, ehtiyac
olduğu halda evtanaziyası və heyvanlar üçün ayırılmış yerdə
basdırılmasını tələb edir. Əvvəlki tender isə heyvan
müdafiəçilərinin dəyərləndirmələrinə görə, məhz məbləğin azlığına
görə ləğv
olunmuşdu.
Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının nümayəndəsi Temur
Laçkepianinin dediyinə görə, 1 itə xidmət göstərilməsi üçün 70 lari
çox azdır və əgər kimsə belə tenderdə iştirak edərsə, işləri
insafsız şəkildə yerinə yetirməli olacaqlar.