Təbii fəlakətin vurduğu zərərin hesablanmasının gecikməsinə gec daxil olan ərizələr səbəb olub

Marneulidə təbii fəlakət nəticəsində dəyən zərər hələ də hesablanmayıb. Bu haqda bizimlə söhbət zamanı Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze bildirdi və dedi ki, indiki mərhələdə yenə də işlər davam edir.

Müvafiq qruplar hadisə yerinə gedir və zərəri bu günə qədər hesablayırlar. Protokolun uzadılmasına isə ikinci fəlakət səbəb olub və onlardan yardım almaq üçün ərizələr
gec daxil olub.

“İşlər davam edir, Sonralar da ərizələr daxil oldu, işçi qrup dəymiş zərəri müəyyən edir. Çünki 2 iyundan bir müddət sonra da baş verdi və müvafiq olaraq, sonra da ərizə daxil oldu. İmkan daxilində kömək edirik” – deyə Zaur Tabatadze bildirdi.



Zaur Tabatadze deyir ki, indiyə kimi hesablanan zərər elə də böyük deyil. Zərərçəkənlər isə təqribən 50 ailə olacaq. Marneulidə 2018-ci ildə təbii fəlakət artıq 2- dəfə baş verib. İlk dəfə 2 iyunda ikinci dəfə isə 16 iyunda. Hər ikisində də əhaliyə Yağlıcadan gələn su zərər vurub.

Marneulidə böyük miqdarda yağan yağış nəticəsində evlərə, ticarət obyektlərinə su doldu. Yollarda arxlar bir neçə yerdə asfalt qatını qaldırdı. Xüsusən Vaja-Pşavela və Ağmaşenebeli küçələri zərər çəkdi.

Zərərin hesablanmasını isə bələdiyyədə yaradılmış xüsusi zərəri hesablayacaq komissiya həyata keçirir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər