Marneuli meriyası bazarın ətraf ərazisində ticarətlə məşğul olan
küçə ticarətçilərinə bazara daxil olmları və ya ərazini tərk
etmələri barədə bir daha xəbərdarlıq edib.
Bu insanlar illərdir ki, küçə ticarətindən gəlir əldə edirlər və
ailələrini saxlayırlar. Bazarda satmağı piştaxtaların ödənişli
olmasına görə sərfəli saymırlar. Küçə ticarətçiləri hələ də evə
getmək və ya alternativ yerdən istifadə etmək
barəsində qərar verə
bilməyiblər.
Bazar müdiriyyəti küçə ticarətçiləri üçün güzəşt edib ki, bu da
onların bəziləri üçün məqbul hesab olunub.
“Beş nəfər gəldi, yerindəcə razılaşdıq. Biz yer
hazırlayırıq. 1 sentyabradək pulsuz xidmət olacaq” –
deyə bazar rəhbərliyi bildirdi.
Marneuli merinin müavini Laşa Lobjanidze bildirdi ki, küçədə
satılan məhsul ərzaq təhlükəsizliyi xidmətinin tələblərinə cavab
verə bilmir. Küçə ticarətçilərinə bazara daxil olmaq üçün onun
deyimiylə “münasib vaxt” veriblər.
“Kimsə daxil olmaq qərarına gələcək, kimsə ümumiyyətlə
durmamaq qərarına gələcək, buna onlar qərar verəcək. Əsas odur ki,
qanuna riayət olunsun və bu ərazidə küçə ticarəti ləğv
olunsun” – deyə Laşa Lobjanidze bildirdi.
Laşa Lobjanidze “münasib vaxt” başa çatdıqdan sonra bələdiyyənin
hansı tədbirləri planladığı barədə konkret bir şey demədi.
Laşa –
“Qanunvericiliyin
tələbləri”.
Tiko –
“Qanunvericilikdə nə yazılıb
?”
Laşa –
“Konkret bu halla bağlı
qanunvericilikdə nə varsa”.
Tiko –
“Bu cərimədir, yoxsa nədir
?”
Laşa –
“Ətraflı olaraq siz özünüz
qanuna baxa və bu halda hansı tədbir görüldüyü ilə tanış ola
bilərsiniz” – deyə Laşa Lobjanidze bildirdi.
Belə təəssürat yaranır ki, merin müavini küçə ticarətinin qadağan
edilməsi ilə bağlı qanun nəyi nəzərdə tutduğunu bilmir və bizə
qanuni aktları araşdırmağı məsləhət görür.
Gənc Hüquqşünaslar Assosiasiyasından bildirirlər ki, İnzibati
Xətalar Məcəlləsinin 153-cü prima maddəsinə əsasən müvafiq icazəsi
olmadan küçə ticarəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər
20 laridən 50 lariyədək cərimə olunurlar. Eyni hərəkət hüquq
mühafizə orqanlarının səlahiyyətli şəxslərinin qanuni qərarları və
ya tələblərinə riayət etməməklə baş verərsə, bu halda 50 laridən
100 lariyədək cərimə və ya 7 gün inzibati həbs cəzası müəyyən
olunur.