Marneulidə itlər üçün regional sığınacaq tikiləcək

Marneulidə itlər üçün regional sığınacağının tikilməsi planlaşdırılır.


Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze bizimlə söhbəti zamanı bildirdi ki, Kvemo Kartli quberniyasında küçə itləri məsələsini müzakirə ediblər. Tabatadze üçün itlərlə bağlı problem yeni deyil və onu da təsdiqləyir ki, itlərə xidmət göstərilməsi ilə bağlı meriya tərəfindən elan olunmuş tender səmərəsizdir.

“Baxmayaraq ki, ildə bir neçə
dəfə küçə itlərinə xidmətlə bağlı tender elan edirik, tender tez-tez baş tutmur. Analoji problem Marneulidən başqa digər bələdiyyələri də narahat edir. Bu məsələ də qaldırılıb ki, bu problemi hər hansı yolla həll edək”
– deyə Zaur Tabatadze bildirdi.



Kvemo Kartli qubernatoru Qriqol Nemsadzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, sahibsiz itlər problemi həqiqətən kəskindir. Buna görə də bu problemin aradan qaldırılması üçün 7 bələdiyyə birləşəcək və itlər üçün regional sığınacaq yaradılacaq. Sığınacaq yaradılanadək isə hər bir bələdiyyə öz ərazisini araşdıracaq.

“Bələdiyyələrdə sakinlərlə görüşərkən tez-tez sahibsiz heyvanlar problemindən danışırdılar. 7 bələdiyyənin birləşməsi və regional sığınacağın yaradılması planlaşdırılır. Əvvəlcə bələdiyyələrdə araşdırma aparılacaq, bu bələdiyyə üçün təxminən 1500 lariyə başa gələcək. Bundan sonra layihə hazırlanacaq və təxmini məbləğ aydın olacaq. Amma hər bir bələdiyyə üçün ayrıca düzəltməklə müqayisədə çox ucuz başa gələcək” – deyə Qriqol Nemsadze bildirdi.



Gürcüstan Heyvanların Qorunması Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, ümumiyyətlə Gürcüstanda itlər üçün bölgə sığınacaqları təcrübəsi mövcud deyil. Bir neçə bələdiyyənin itləri üçün ümumi sığınacaq standartlar qorunmazsa xəstəliklərin daha geniş yayılmasına səbəb ola bilər.

“Bir neçə bələdiyyənin qrup şəklində sığınacaq yaratması praktikası Gürcüstanda mövcud deyil. Heyvanların xəstəliyinin daha geniş yayılması baş verə bilər. Daha yaxşı olar ki, bələdiyyələrdə ayrıca kiçik sığınacaqlar yaradılsın” - deyə Temur Laçkepiani bildirdi.



Marneulidə 2019-cu ildə regional sığınacağın tikilməsi planlaşdırılır. Buna qədər isə Marneuli meriyası itlər üçün sığınacaqla bağlı daha bir tender elan edib. Həmin tender baş tutmayıb və eyni şərtlər ilə yenidən elan edilib. Tenderin baş tutmamasını isə heyvan müdafiəçiləri məbləğin az olması ilə izah edirlər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər