Marneuli bələdiyyəsinin Tamarisi kəndinin mərkəzi küçəsi
Tamarisinin köhnə adı ilə - Traumberq adlandırılmalıdır.
Marneuli meriyasının Mədəniyyət Xidmətinin baş mütəxəssisi Elquc
Kupatadzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, meriya bu
təklifi Alman Mədəni İrsinin Qorunması İttifaqından alıb. Bu
mərhələdə meriyada işlər davam etdirilir. Onun dediyinə görə,
Tamarisinin həqiqətən turizm potensialı var. Xalqın
məlumatlandırılmasına gəlincə, Kupatadze deyir ki, onlara şifahi
razılaşma
olub, lakin indi imzalara ehtiyac var.
“Bununla bağlı işlərə başlanılıb. Küçələrin
adlandırılması proseduru uzunmüddətli prosesdir. Müvafiq olaraq
vaxt tələb edir. Hal-hazırda işlər davam edir. Əhali ilə şifahi
razılıq olub, lakin indi imzalarla təsdiq olunmalıdır, sonra
Bələdiyyə Məclisinin iclasında müzakirə olunmalıdır. Daha sonra
hökumət komissiyasından keçməlidir. Bundan sonra isə ictimai
reyeestr küçəni göstərilmiş adla qeydə ala bilər. Müvafiq olaraq
kəndin girişində və sonunda da trafaretlər qoyulacaq“
– deyə Elquc Kupatadze bildirdi.
Alman Mədəni İrsinin Qorunması İttifaqının təsisçilərindən biri
Nestan Tataraşvilinin bizimlə söhbəti zamanı bildirdiyinə görə,
almanlar Gürcüstana ilk dəfə 200 il əvvəl Cənubi Almaniyadan,
Lutemberqdən gəliblər. Onlar burada 23-dən artıq kənd və 1200-dən
artıq ev qoyub gediblər. Onlar Gürcüstanın iqtisadi-mədəni
həyatında böyük rol oynayıblar. Lakin Sovet İttifaqı dövründə
bununla bağlı danışılmırdı. Tataraşvili hesab edir ki, Tamarisi də
bu 23 kənd arasında xüsusi yeri olan kəndlərdən biridir ki, mütləq
onun miraslarının qeydinə qalınmalıdır. Tamarisinin həqiqətən
turizm potensialı var.
“Tamarisi çox mühüm kəndlərdəndir. Orada şərabçılıq
inkişaf etmişdi. Qeyri-adi şərab emalatxanası var idi. Demək olar
ki, bütün məntəqələrdə kirəmit istehsal olunurdu. Buna görə də xalq
özünün arxitekturasını yaradırdı. Bu çox mühümdür. Tamarisinin
Tbilisiyə yaxın olması da yaxşı amildir. Digər tərəfdən tarixi
keçmişini qaytarmalıyıq. Avropa Şurası təklif edir ki, göstəricilər
düzəldək və mərkəzi küçəyə Tamarisinin köhnə adını
qaytaraq” – deyə Nestan Tataraşvili bildirdi.
Tataraşvilinin dediyinə görə, binaların həqiqətən də peşəkar
arxitektorlar tərəfindən tikilməməsi faktı da mühümdür. Bu gürcü
arxitekturasının təsirlərinə məruz qalmış arxitekturadır və binalar
gürcü-şvab arxitekturasının qarışığıdır. Bu isə binaların incəsənət
və arxitektura baxımından daha da maraqlı olması deməkdir.