Böyrək çatışmamazlığından əziyyət çəkənlər üçün Gürcüstan
Azərbaycanlıları Əlillər Assosiasiyası dərman preparatının alınması
üçün xeyriyyə aksiyası keçirir.
Xeyriyyə aksiyası zamanı təşkillatda qeydiyyatdan keçən 200 nəfər
böyrək çatışmamazlığından əziyyət çəkən əlillərin, dialez olunan
xəstələrin dərman peraparatının alınması üçün vəsaitin toplanması
həyata keçirilir.
Toplanan vəsait bir aylıq müalicə üçün istifadə olun 750 mg
Calciumacetat-Nefro (200 tab) dərman preparatının alınmasına sərf
olunacaq.
Həmin dərmanın qiyməti 75 laridir. Bu haqda məlumatı
Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyasının sədri Rövşən
Əliyev verir. Onun sözlərinə görə Gürcüstanda yaşayan hər bir
vətəndaş bütün mobil operatorlardan 090 120 01 15 nömrələrinə zəng
vurub köməklik göstərə bilərlər. Zəngin qiyməti 1 laridir.
Gürcüstan Azərbaycanlıları Əlillər Assosiasiyası 2012-ci ildə
Ədliyyə Evindən rəsmi olaraq qeydiyyatdan keçib və bu günə qədər
2000 nəfərə yaxın müxtəlif qrupa aid olan əlillər təşkilatdan
qeydiyyatdan keçib.