Marneuli Bələdiyyə məclisinin deputatı, “Avropalı Gürcüstan”
fraksiyasının üzvü Azad Kərimov vəzifəsindən istefa verib.
Fraksiyanın sədri Əhməd İmamquliyev hesab edir ki, Azadın bu qərarı
müəyyən dərəcədə onun qərarı ilə bağlı ola bilər. Belə ki,
İmamquliyev Azadın vəzifəsinə onların fraksiyasının başqa üzvünü
təyin edib. Amma Əhməd İmamquliyev hesab edir ki, onların inkişafı
üçün belə addımın atılması vacibdir.
“Ola bilsin müavin bu faktı özü üçün təhqir və ya
qəbuledilməz hesab edib. Bəlkə daim müavin olacağını düşünürmüş.
Amma bildiyiniz kimi, bu siyasi təşkilatdır və burada həmişə
dəyişikliklər olmalıdır ki, ayrı-ayrılıqda deyil, hər kəs birlikdə
inkişaf etsin. Hesab edirəm ki, bu normal addımdır. Amma təəssüf
ki, bu bəziləri üçün normal deyilmiş”, - deyə Əhməd
İmamquliyev bildirib.
Azad Kərimov bu gün Bələdiyyə Məclisinin iclasında iştirak etmirdi.
Bunu isə İmamquliyev məsuliyyətsizlik hesab edir. Onun fikrincə
Azad Kərimovun qərarı daha çox “Gürcü Arzusu” üçün sərfəlidir.
“Avropalı Gürcüstan” partiyası Marneuli Bələdiyyə Məclisində 3
nəfərlə təmsil olunur.